Bakıda namus davası: ölən və yaralanan var

 


 

Bakıda silahlı insident olub.

 Azərtaym.az  APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.


1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.

İ. Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N. Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Bəbirov tutulub.

İlkin məlumata görə, hadisə namus üstündə baş verib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.






Fikirlər