14.05.2014. - Müqəddəs Kəbədə kütləvi selfi (FOTO)

14.05.2014. -  Müqəddəs Kəbədə kütləvi selfi (FOTO)Bütün dünyada selfi çılğınlığının yaşandığı bir vaxtda virtual dünyada bu istiqamətdə çəkilmiş daha bir maraqlı foto yayılıb.

"AzerTaym.az" ANS-ə istinadən məlumat verir ki, bu, müsəlmanların qibləsi olan müqəddəs Kəbədə bir qrup zəvvarın çəkdirdiyi selfidir.

Ehram geyimində olan təxminən 40-a yaxın zəvvar arxalarında Kəbə olduğu halda çəkdirdikləri foto şəkli sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, daha çox zəvvarın eyni anda ibadət edə bilməsi üçün hazırda Məscidi Həramda genişləndirmə işləri aparılır. Təmir işlərinin bu ilin həcc mövsümünə qədər başa çatdırılması planlaşdırılır.






Fikirlər