12.03.2014. - Təranə və Musanın 1 milyonluq evi

12.03.2014. -  Təranə və Musanın 1 milyonluq eviAzərbaycanlı müğənnilər Təranə Qumral və Musa Musayevin 1 milyonluq villası var.

AzerTaym.az-ın məlumatına görə, bunu Təranə Qumral ANS-ın “Şou+” verilişində deyib.
Cütlük bir-birinə olan sevgisini yenidən etiraf edib. “Mən heç Musadan küsməmişəm. Onun o qədər gözəl içi var ki, ondan incimirəm. Bir də görürsən, bəzəyimə, paltarıma qısqanclıq edir. 1 milyonluq evimiz var, villadır".

Müğənni hazırda Qubada yerləşən villada təmir işlərinin aparıldığını bildirib.

Təranə Qumral həyat yoldaşının onu çox qısqandığını bildirib. Musa Musayev də qısqandığını etiraf edib. "Onu çox qısqanıram. Amma Təranənin xoşuna gəlir. Sevgi olan yerdə qısqanclıq olmalıdır”.

Onun sözlərinə görə, T.Qumral evdə yeməkləri belə özü hazırlayır.






Fikirlər