14.03.2014. - Cavanşirdən müğənniyə toy hədiyyəsi - foto

14.03.2014. -  Cavanşirdən müğənniyə toy hədiyyəsi - fotoÖtən gün toyu olan müğənni Elvin Abdullayevə əməkdar artist Cavanşir Məmmədovdan hədiyyə gəlib.

Axşam.az-ın məlumatına görə, C.Məmmədov 1 milyonluq “Rolls Royce Phantom 6,7 AT" avtomobilini sənətçiyə gəlin maşını olaraq verib. Bu haqda müxbirimizlə söhbətində E. Abdullayev deyib:

Cavanşir müəllim hər toya gəlmir. Mənim məclisimdə açılışı o etdi. Eyni zamanda istəyimi yerə salmayıb avtomobilini gəlin maşını olaraq mənə verdi. O maşının bir dəfə icarə götürülməsinin haqqı 4 min manatdır. Mənə isə hədiyyə edildi. Saat 5 tamamdan 10-a kimi qulluğumuzda oldu. Dedi ki, sənə böyük hörmətim var. Cavanşir Məmmədova, bəstəkar Nailə Mirməmmədliyə və toyun müğənni aparıcısı Eltona xüsusi təşəkkür edirəm.






Fikirlər