Cazibədarlıq hər zaman xoşbəxtlik gətirmir - 36 yaşında öldürülən seks ikonası

Cazibədarlığı və gözəlliyi ilə kişilərin ağlını başından alan məşhur Hollivud aktrisası Merilin Monronun qəfil və erkən ölümü müəmmalı uzun illər qalmışdı.

5 avqust 1962-ci ildə Los-Ancelesdəki evinin yataq otağında ölmüş halda tapılmış cəsədi yarıldıqdan sonra həkimlər seks ikonasının yüksək dozada narktoika qəbul edərək intihar etdiyini bildirmişdilər. Ancaq nədəsənə heç kim 36 yaşlı Merilinin intihar etdiyinə inanmırdı və ya inanmaq istəmirdi. Çoxları elə hesab edirdi ki, sarışın gözəl prezident Kennedi ilə sevgili olduğuna görə məlumatları SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ABŞ-dakı xəfiyyəsinə ötürdüyü üçün Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən ölümünə fərman verilib. Bəziləri də cazibədar aktrisanın həkim səhlənkarlığının qurbanı olduğunu düşünürdü. Aradan xeyli zaman keçməsinə baxmayaraq, bununla bağlı ehtimallar hələ də davam edirdi.  

Image result for merilin monro
Ancaq iki il əvvəl Merilin Monronun ölümüylə bağlı bütün şübhələrə son qoyuldu. Ölüm yatağında olan qoca killer Norman Hoces Monronu öldürdüyünü etiraf etdi. Norman Hocesin etirafları rəsmi qaydada olmasa da bu günlərdə təsdiqlənib. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təqaüddə olan əməkdaşı Con Steynbek killerin danışdıqlarının həqiqətə uyğun olduğunu çoxdan bildiyini deyib. 
Image result for Norman Hoces
Xatırladaq ki, iki il bundan əvvəl “Sentara General Hospital” a yerləşdirilmiş Norman Hoces Monronu şəxsən öldürdüyünü açıqlamışdı. “Mən ölürəm. Amma dünya həqiqətləri bilməlidir” demişdi. Cavanlığında MKİ-nin killeri olduğunu bildirən Norman Hoces Merilin Monronun həyatında qətlə yetirdiyi ilk və son qadın olduğunu bildirmişdi.  O, aktrisa- müğənninin ölümünü unikal şəkildə həyata keçirdiyini deyib gülümsəmiş və bundan təəssüf hissi keçirmədiyini vurğulamışdı. Çünki, onu inandırıblar ki, Monro nəinki Kennedi qardaşları, eləcə də Kuba inqilabının lideri Fidel Kastro ilə cinsi münasibətdə olub “Mənim komandirim Cimmi Heyvors dedi ki, Merilin Amerikanın sirrini düşmənlərimizə ötürə bilər. Ona görə də təcili olaraq öldürülməlidir. Daha sonra yanına çağırıb bildirdi ki, “sən Monronu elə öldürməlisən ki, bu heç kimdə şübhə oyatmasın. Çünki onu sevənlər çoxdur, atəş açmaqla öldürmək şübhə doğurar. Ya qidasına zəhər qatmalısan, ya da guya narkotikanın həddini çox edib”. Mən əvvəlllər heç vaxt qadın öldürməmişdim. Mən bunu Amerikaya görə etdim”. Norman onu da əlavə etmişdi ki, əgər Merilini öldürməsəydi, o, bütün strateji məlumatları kommunistlərə ötürə bilərmiş. 
Image result for merilin monro
Killer 1962-ci ilin avqustun 5-də, gecə saat 1-də Monronun otağına daxil olub. Dünya şöhrətli aktrisa yataq otağında yuxuya gedibmiş. Hoces əlləri ilə onun ağzını tutub, sonra ona güclü dozalı nembutalla qarışıq xloralhidrat iynəsi vurub. Qeyd edək ki, hər iki məhlul narkoz üçün nəzərdə tutulub. Merilin gözlərini açıb, ağzını bağlayan güclü əlləri kənarlaşdırmaq istəsə də bacarmayıb, sonda əbədi olaraq yuxuya gedib.  
Image result for merilin monro
Qeyd edək ki, Norman Hoces 1959-1972-ci illərdə həmin təşkilatın sifarişlərini yerinə yetirib. 41yaşında olarkən peşəkar atıcılığını və sirr saxlamaq bacarığını görüb MKİ-a qeyri rəsmi formada işə qəbul ediblər. Keçmiş killer onu da açıqlamışdı ki, sifarişləri xeyli sayda olub, ölkənin daxilində yüksək mənsəb sahiblərinin ölümünü sifariş verəndə bildiriblər ki, həmin şəxs ölkənin təhlükəzliyinə təhdid yaradır, təcili aradan götürülməlidir.  
Hoces nəinki snayper və Şərq əlbəyaxa döyüş növləri üzrə ixtisaslaşıb, həm də sifariş edilən şəxslərin zəhərlənməsi üzrə də təlim keçibmiş. O, ölüm yatağında olarkən öldürdüyü bütün şəxslər haqqında məlumat verib.  Onları qətlə yetirmək üçün necə planlar qurduğunu, necə izlədiyini bütün xırdalıqlarına qədər canlandırıb. Bütün qətlləri isə Amerikanın daxilində törətdiyini və ölkə xaricindən sifarişlər almadığını deyib. Ona bütün əmrləri birbaşa təmas qurduğu komandiri mayor Cimmi Heyvors verirmiş. Ölüm ayağında olan Hoces onu da etiraf etmişdi ki, 5 killerdən ibarət dəstənin üzvü olub. Ona əsasən ölkənin təhlükəsizliyinə təhdid yaradan müxalifətçilər, jurnalistlər və Həmkarlar Təşkilatının üzvlərini, bəzi hallarda isə elm adamlarını, incəsənət xadimlərini də aradan götürmək həvalə edilirmiş. 
Image result for merilin monro
Göründüyü kimi, cazibədarlığı və gözəlliyi ilə milyonların qəlbini fəth etməyi bacarmış Merilin Monroya gözəlliyi heç də xoşbəxtlik gətirməyib. Əksinə bu gözəllik onun həyatdan çox erkən ayrılmasına səbəb olub. Cazibədarlığı onu killerin caynağından belə xilas edə bilməyib. Ancaq çoxları seks simvolunun erkən yaşda ölməsini də bir xoşbəxtlik kimi qiymətləndirir. Heç kəs onun qocalıq illərini, qırışmış dərisini, çəlimsiz qamətini, tökülmüş dişlərini, bir sözlə eybəcər hala düşdüyü zamanı görmədi deyə. O, hər zaman yaddaşlarda gözəl və cazibədar qadın kimi yaşadı və yaşayacaq da...

 






Fikirlər