Şahzadə Qoçaq: “Şah bir nəfərdir...”

Şahzadə Qoçaq: “Şah bir nəfərdir...”Avropada heç kimə əmisinə və ya dayısına görə ad vermirlər”.

Bu sözləri xanəndə Qoçaq Əsgərov yaxınlarda Çinin Şanxay şəhərində verəcəyi konsertdə “Azərbaycan muğamının şahzadəsi” kimi təqdim edilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu adı ona Avropada veriblər:

“Mənə görə muğam oxuyan hər kəs şahzadədir, ancaq muğamımızın şahı bir nəfərdir və onun da adını deyə bilmərəm”.

Q.Əsgərov onu da qeyd etdi ki, festivala dəvəti İngiltərədə verdiyi konsertdən sonra alıb:

“Dünya ulduzlarının konsertini təşkil edən məşhur menecer Lijianq Tanq çıxışım zamanı səsimi bəyəndi və məni bu festivala dəvət etdi. Bu mənim üçün fəxrdir ki, bu adla ölkəmizi dünyada təmsil edəcəyəm”.






Fikirlər