"Faytonçu" Nazim "Maşın şou"dan NİYƏ GEDİB? - VİDEO

“Maşın şou”dan uzaqlaşan müğənni “Faytonçu” Nazim Pişyari “APA TV”-nin “Show time” verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, ifaçı yarış barədə danışaraq bildirib ki, şouda qalacağı təqdirdə müğənni Talıb Talehi oyundan uzaqlaşdıracaqmış: “Mənim yarışdan getməyim texniki bir səhv oldu. Murad Dadaşov sponsorlardan danışarkən özümü unudub əlimi maşından çəkdim. Bu, bir anda oldu. Bu, tamaşaçıların və operatorların gözündən yayınmadı. Murad bəy də yarışın qaydalarına uyğun olaraq məni oyundan uzaqlaşdırdı. Yarışda qalacağım təqdirdə xanımlara dəyməyəcəkdim.  Amma kişilərdən Talıb Talehi özümə rəqib görürdüm. Çünki o güclü bir rəqibdir".

 

“Faytonçu” Nazim “Maşın şou”nun ssenari əsasında idarə olunması iddialarına da cavab verib: “Bilirsiniz, həyatda ssenarisiz heç nə yoxdur. Hətta film çəkiləndə də ssenari olur. Mahnı oxuyanda da ssenari olur. Amma “Maşın şou”da hər şey düzgün qurulub. Kim deyirsə ki, ssenaridir, yalan deyir. Kim deyirsə ki, saxta səs vermələr var, bu yalandır. Həmkarım Samirə Yusifqızının söylədiyi “Səsləri Murad Dadaşov idarə edir” sözləri mənim xoşuma gəlmədi. Elə bir şey yoxdur". 






Fikirlər