"Onlar qanun qarşısında cavab verəcəklər" - Məleykə HƏDƏLƏDİ...

Related image

 “Qürurum hər şeydən üstündür. Mənim varlığıma toxunan hər kəs vəkilim qarşısında cavab verəcək”. 


Bu sözləri xalq artisti Məleykə Əsədova “Show time” verilişində deyib. 

Aktrisa ünvanına xoşagəlməz sözlər deyənləri məhkəmə ilə hədələyib:

Hər gün yuxudan duran kimi Allaha dua edirəm ki, sevənlərimi və məni xətadan, bəladan, mərdimazardan, şeytan ruhlu insanlardan uzaq elə. Təbii ki, bu həyat varsa, belə şeylər olacaq. Əslində mən istəməzdim ki, bu mövzuda danışım. Var olan insana daş atarlar. Bu mövzularda danışmaq mənim ruhuma uyğun deyil. 

Zamanım yoxdur ki, başqasının həyatına müdaxilə edim. Mənfi yazıları oxumuram, hətta ətrafımda olan insanlara da deyirəm ki, mənə bu barədə məlumat verməyin. Heç vaxt lazımsız bir şeyə daş atmazlar. 

İllərdir mənə qarşı qara piyar edənlərə qarşı susmuşam. Barəmdə şər-böhtan danışan insanlar məhkəməyə verilib. Heç kimə icazə vermərəm ki, ailəm barədə nəsə desin. Çünki mən sevgi ilə doğulmuş bir ailədə böyümüşəm. Atam və anamdan daim bir-birlərinə qarşı sevgi görmüşəm. 

Belə də ruhda qızımı dünyaya gətirmişəm. İndi də sevgimi qızıma verirəm. Heç kimə icazə vermərəm ki, barəmdə artıq-əskik nəsə desin. Mənim səs yazım və icazəm olmadan açıqlamamı yazan jurnalistlər qanun qarşısında cavab verəcək. Bu işlə mənim vəkilim məşğul olur. Buna da məcbur oldum. Çünki 28 ildir ki, səhnədəyəm, daim mənə kimlərsə söz atıb. Kimsə adımı çəkib məşhurlaşır”






Fikirlər