Namiq keçmiş həyat yoldaşına cavab verdi

Namiq keçmiş həyat yoldaşına cavab verdiBu mənim şəxsi həyatımdır. Şəxsi həyatım barədə də heç kimə məlumat vermirəm. 36 yaşım var və bu illər ərzində həyatımda nələrsə baş verib”.

Bu sözləri Teleqraf.com saytına açıqlamasında Namiq Qaraçuxurlu deyib.

Onun sözlərinə görə, yayılan xəbərlər onun özünə və yaradıcılığına zərbə vurmaq məqsədi daşıyır: “Kimsə mənə, karyerama, uğurlarıma kölgə salmaq, zərbə vurmaq istəyirsə buna nail ola bilməyəcəklər. Öz şəxsi həyatımdır özüm bilərəm”.

Qeyd edək ki, Azvisiona.az-a açıqlamasında meyxanaçının keçmiş həyat yoldaşı kimi özünü təqdim edən Solmaz Şükürova ailəsinin Aygün Kazımovaya görə dağıldığını bildirib: “Namiqlə çox xoşbəxt idik, Aygün Kazımova ilə tanış olandan sonra ailəmiz dağıldı”. İki oğul övladlarının olduğunu deyən Şükürova 2005-ci ildə rəsmən boşandıqlarını bildirib: “Namiq şan-şöhrətə görə iki oğlunu atıb getdi. Amma artıq faktlar qarşısından heç yerə qaça bilməyəcək. Namiq Ümidlə Ülvinin atasıdır. Biz Aygünə görə ayrılmışıq. 2005-ci ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsində rəsmən boşanmışıq”.
O bildirib ki, Namiq 8 il övladları ilə maraqlanmayıb: “Boşananda Namiq mənə iki ev verdi. Sonra 8 il heç bir münasibətimiz olmadı. Son iki ildir ki, hərdən uşaqlara zəng edir. Uşaqlarım atasını çox istəyirlər. Çünki mən heç vaxt Namiqi oğlanlarımın gözündən salmağa çalışmamışam, əksinə heç vaxt istəməmişəm ki, onların içində nifrət olsun. Uşaqlarımı sevgi ilə sevgi dolu böyütmüşəm. Onları atalarının da yerinə sevmişəm. Bizi tanıyan hamı deyir ki, bu uşaqlar atalı uşaqlardan ürəkli oğullardır. 11 ildir uşaqlarımı öz əziyyətimlə böyütmüşəm. Namiq Allah qarşısında cavab verəcək”.






Fikirlər