"Get evdə yeməyini bişir, oxuma" - Efirdə GƏRGİN ANLAR

"Get evdə yeməyini bişir, oxuma" - Efirdə gərgin anlar

ARB-nin “Səhər-səhər” verilişində müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərminlə aparıcı Rövşanə Ağasəfqızı arasında gərgin anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, müğənnilik etmək istəyən Nərminə aparıcı irad bildirib. Onun “Onsuz zövqümüzü korlayanlar çox olub. Oxuyub zövqümüzü korlama. Get evdə mətbəxdə yeməyini bişir” sözləri qarşı tərəfi özündən çıxarıb.

Nərmin aparıcıya sərt cavab verib və onun sözlərinə əhəmiyyət vermədiyini söyləyib:

“Studiyaya yoldaşımla girirəm görürəm, canlı oxuya bilmirlər. Guya oxuyanların istedadı var? Kiminsə sözü ilə oxuyuram?”.

Rövşanənin “Nurlanın gözəl sənəti var, amma heç yerə gedib çıxmadı” sözlərinə Nərmin “Çünki üzü yoxdur. Mən üzdüyəm, oxuyacam” cavabını verib. 

 






Fikirlər