"Solğun çiçəklər"in qəhrəmanları 35 il sonra bir arada - FOTOLAR

"Solğun çiçəklər"in qəhrəmanları 35 il sonra bir arada - Fotolar

 "Solğun çiçəklər" teletamaşasının baş qəhrəmanları "Sara" və "Bəhram" obrazını canlandıran aktyorlar Əməkdar artist Mehriban Abdullayeva və Xalq artisti Nurəddin Mehdixanlı 35 ildən sonra bir araya gəliblər.

Axşam.az xəbər verir ki, birlikdə olan şəkillərini Mehriban Abdullayeva feysbukda paylaşıb.

Aktrisa paylaşımına "Solğun çiçəklər" 35 ildən sonra: Sara və Bəhram" sözlərini yazıb.

Qeyd edək ki, "Solğun çiçəklər" teletamaşası 1987-ci ildə işıq üzü görüb.

 

 

 






Fikirlər