“Nadir camaatın qızını basıb öpür, qucaqlayır...” - Müğənni sərt tənqid olundu

“Nadir camaatın qızını basıb öpür, qucaqlayır...” - Müğənni sərt tənqid olundu

“Son vaxtlar yaşlı sənətçiləri tez-tez efirlərdə görmək olur. Bu təkcə Flora Kərimovaya aid deyil. Yaşı ötmüş sənətçilərin içində həmişə bir qorxu olur. Onlar düşünürlər ki, artıq vaxtları keçib, qocalıblar və gündə heç olmasa, bir dəfə televiziya ekranında görünməsələr, xalqın yadından çıxarlar. Çünki bu gün cavan ifaçılar ekranları zəbt ediblər. Haranı açsan yeni çıxan ifaçılar oxuyur, onlar 24 saatın 23-nü ekranda olurlar. Belə olan halda, yaşlı sənətkarlar yaddan çıxır...” 

Bu sözləri Yenisabah.az-a tanınmış jurnalist, fəlsəfə doktoru Anar Vəziroğlu deyib. 

Yaşı ötmüş sənətkarların gündəmdə qalmaq çabalarından danışan Vəziroğlu bunun onlar üçün çox əhəmiyyətli olduğunu bildirib:

“Son hadisələri hər kəs müzakirə etdi, Niyaməddin Musayevlə Flora Kərimovanın öpüşməsi gündəmə çevrildi. Mən demirəm ki, onların iksindən biri ssenari qurub düşünülmüş şəkildə bunu ediblər, xeyr. Amma onlar kütlənin səviyyəsini yaxşı bilirlər. Kütlə ancaq belə şeyləri müzakirə mövzusuna çevirir. İki gündür qoca kişi ilə qoca arvadın təsadüfən öpüşməsi gündəmi zəbt edib. Əslində burada qeyri-etik heç nə yox idi. 

Məsələn, Nadir Qafarzadə də gündəmə gəlmək üçün bir neçə gün öncə obraza girdi və bunu bacardı. Əvvəllər aktyorlar pul qazanmaq üçün müğənnilik edirdilər, ibndi əksinə olub, Nadir Qafarzadə aktyorluğa keçib, camaatın qızını basıb öpür, qucaqlayır, bunu sosial şəbəkələrdə paylaşır. Heç bu söz-söhbətə səbəb olmur, hamı deyir ki. “yəqin klip çəkilişidir”. Qoca kişi isə gündəmdən düşmür. 

Onlar elə bununla yadda qalmaq istəyirlər. Fikirləşirlər ki, onsuz da bizim qoca sifətimizi heç kəs görmək istəmir. İnsan qocaldıqca sifəti də dəyişir, 60 yaşdan sonra üzlə bərabər insanın fizionomiyası da dəyişir”. 

Onun sözlərinə görə, yaşlı sənətçilərin ən böyük qorxusu məhz unudulmaqdır:

“Rəhmətlik Üzeyir Hacıbəyov “O olmasın, bu olsun” əsərində 49 yaşlı Məşədi İbadı qoca adlandırır, ürəyi soyumur sonra ona “qoca kaftar” deyir. Yaşlı sənətkarlar da düşünür ki, Üzeyir bəy 49 yaşlı kişiyə “qoca kaftar” deyibsə, onda biz iraq olsun, cəhənnəmin astanasındayıq. 

Onları qorxudan yalnız unutqanlıqdır. Deyirlər ki, sabah-birigün insanlar onları unudacaq, adlarını haradasa çəkməyəcək. Məhz bu səbəbdən fərq qoymadan çağırılan hər verilişə gedirlər. 

Bu gün yaddan çıxan o qədər sənətçilərimiz var ki, onlar heç bir verilişdə yada salmırlar. Bəlkə ayda-ildə bir dəfə, bunu da televiziya rəhbərliyi tapşırır.

Flora xanımla Niyaməddin bəy bu cür  “skandal”la gündəmə gəlməsəydi, inanmıram ki, kimsə onları mahnılarını dinləmək üçün efirdə görmək istəyəydi. 

Sonuncu dəfə Niyaməddin Musayev gənclərdən ibarət olan “Dərviş Band” qrupunun “Dünya sənin, dünya mənim” mahnısını oxuması ilə gündəmə gəlmişdi. Daha sonra həmin qrupla birgə duet oxudular. 

Müğənnilər üçün gündəmdə qalmaq, xalqın yaddaşında olmaq önəmlidir. Bu hətta özlərinin nəsildəki reputasiyası üçün də vacibdir. Çünki sabah nəsildəki uşaqlar da ağsaqqal, ağbirçək kimi onu saymayacaq, deyəcək ki, əşşi nə etmisən ki, heç səni yada salan da yoxdur. Bu zaman sənətçilər xəcalət çəkir ki, ömrümü sənətə həsr etmişəm, amma məni sayan yoxdur”. 






Fikirlər