05.09.2014- “Peşman deyiləm” -Flora Kərimovanın qızı ilk dəfə danışdı

05.09.2014- “Peşman deyiləm” -Flora Kərimovanın qızı ilk dəfə danışdıATV telekanalında yayımlanan ölkənin ən reytinqli maqazin proqramı "Onlar"da tanınmış simalar bu dəfə də maraqlı açıqlamalar verəcək.

Axşam.az-ın məlumatına görə, həftənin bazar günü saat 14:00-da efirə gedəcək verilişdə xalq artisti Flora Kərimovanın qızı ilk dəfə şəxsi həyatı ilə bağlı açıqlama verəcək.

Xalq artisti Firəngiz Mütəllimova şəxsi həyatındakı sirlərdən danışacaq.

Müğənni Günay İbrahimli hansı kişi sənətçinin plastik əməliyyatını bəyənməyib? Müğənni Nadir Qafarzadə ağır günlərini xatırlayıb.

Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan "Onlar"ın yaradıcı heyəti rejissor və aparıcı Afaq Gəncəli, montajçı-müxbir Ruslan Ağayev, müxbirlər Aysel Tahirqızı, Çinarə Eminova və prodüser Tural Nəbiyevdən ibarətdir.







Fikirlər