Tacir Şahmalıoğlu ikinci dəfə evləndiyini açıqladı - VİDEO

Tacir Şahmalıoğlu ikinci dəfə evləndiyini açıqladı - Video

Müğənni Tacir Şahmalıoğlu ikinci dəfə evləndiyini açıqlayıb.

 AzerTaym.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ilk nikahının 25 yaşında gerçəkləşdiyini deyib. Bu haqda "7 tamam" proqramında danışan ifaçı cəmi 6 ay ailəli qaldığını bildirib:

"Bu mənim ikinci evliliyimdir. Birinci evliyim 6-7 ay çəkdi. Onda 25 yaşım var idi. Ondan övladım yoxdur, müharibə vaxtına düşmüşdü. Səhv addım atdım, düşünmədən evləndim. Böyüyümün sözünə baxmadan hərəkət etdim. Gördüm ki, ata-ana duası olmadan mümkün deyil".

Tacir əlavə edib ki, 4 ildən sonra ikinci dəfə evlənib:

"İkinci nikahım 29 yaşımda oldu".

Qeyd edək ki, T.Şahmalıoğlunun hazırki nikahından 3 övladı var. 

 






Fikirlər