Tacir Fədayə Laçını biabır etdi: "O, QIZ UŞAGI DEYİL" -VİDEO

 Image result for Fədayə Laçın və tacir

Müğənni Tacir Şahmalıoğlu bir zamanlar duet ortağı olan həmkarı Fədayə Laçınla sevgili olması barədə gəzən şayiələrə toxunub.

“Show time” verilişində qonaq olan ifaçı bir neçə il öncə söylədiyi “Fədayə ilə münasibətim olub” sözlərini danıb:

Ailəm var, balalarım var. Ailəmin bir tükünü milyon insana dəyişmərəm. Duet ortaqlığı belədir ki, biz məcburən bir yerdə olurduq. Bir yerdə olanda deyirlər ki, sevgili həyatı yaşayırıq. Bəlkə Fədayə xanım məni sevirmiş, mənim bundan xəbərim olmayıb. Fədayə xanım çox şey deyə bilər. Mən onunla sevgili olmamışam. Sevmək? Sevmək ancaq qızla oğlan arasında olur. O, mənə qədər bir neçə insanla tanış olub. Mən onla necə sevgi yaşaya bilərəm ki? Fədayə çox şey deyə bilər. Amma mənim ailəm var”.

Qeyd edək ki, T.Şahmalıoğlu illər öncə ATV-nin “Düz üzünə” verilişində Fədayə Laçınla sevgili münasibətdə olduğunu etiraf etmişdi: “Bəli, Fadayə Laçınla çalışdığım 6 il müddətində onunla qadın-kişi münasibətində olmuşuq, amma buna sevgi deməzdim”.

F.Laçın isə həmkarı ilə münasibəti barədə danışarkən bu sözləri demişdi:Bura Azərbaycandır, balaca yerdir. Yalan danışmağın adı yoxdur, hamı bir-birini tanıyır. Biz Tacir bəylə 6 il çalışdıq. Sevgili söhbətlərini 20 il sonra gündəmə gətirdilər. Yəni, həmin vaxt mənim 20-21 yaşım var idi. O yaşadıqlarım uşaqlıq illərimin ağ vərəq hissəsi idi. Amma indi bu barədə çox danışmıram. Çünki övladım mənə baxır. İndi mənim sevdiyim də, hər şeyim də oğlumdur”.  

AzerTaym.az






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi