Həmkarıyla vətəndaş nikahında yaşamış sənətçi — "Bir dəfə onun maşınında..."

Həmkarıyla vətəndaş nikahında yaşamış sənətçi — "Bir dəfə onun maşınında..."

Tanınmış müğənni Fədayə Laçın şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.

Ölkə.Az-ın məlumatına görə, sənətçi keçmiş həyat yoldaşının qısqanclığından danışıb

"Həyat yoldaşım çox qısqanc olub. Bəzən bu qısqanclıq məni bezdirirdi. Hətta o qədər qısqanc idi ki, eyvana çıxa bilmirdim. Çıxsam da, uzunqol geyimdə olmalıydım. Özümdə də qısqanclıq var. Bir dəfə ərimin maşınında dostunun sevgilisini görmüşdüm, buna görə evdə dava saldım. Uşaq idim, qısqanırdım".

Xatırladaq ki, Fədayə Laçın həyat yoldaşından ayrılandan sonra altı il həmkarı Tacir Şahmalıoğluyla vətəndaş nikahında yaşayıb.

 






Fikirlər