Mənzurənin əməliyyatı uğursuz alındı ...
Müğənni Mənzurə Musayeva plastik əməliyyatının uğursuz alındığını etiraf edib. Sənətçi bu haqda "El canlı" verilişində danışıb. O bildirib ki, üzgərmə etdirib, amma bəyənməyib: "Dəyişiklik görmədim. Düzdür, təbiiliyim yerindədir, pis günə qalmayıb. Amma buxaq hissəm yox idi, yaranıb. 6 ay tamam olandan sonra həkimin yanına gedəcəyəm, görüm nə olacaq. Deyib, 6 ay məni narahat etmə. 7 saat narkozda qalmışam. Belə nəticə olacaqdısa, heç girməzdim. Özü də pulunu ödədim". (Axşam.az)