"SAÇIMI da rəngləyirəm, ÜZÜMƏ maska da qoyuram" - NADİR

 

"Saçımı da rəngləyirəm, üzümə maska da qoyuram" - Nadir“Heç bir plastik əməliyyat etdirməmişəm. Amma özümə baxıram. Düzgün qidalanıram, dərimə qulluq etdirirəm. İynələrlə yox, xüsusi maskalar qoydururam”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. O, saçına rəng qoyan kişi ifaçılarını qınayanlara cavab verib: 


“Kişilərin özünə baxmasını qınayanlara məsləhət görürəm ki, bir az özlərinə fikir versinlər. Mən indi də saçıma rəng qoyuram. Artistəm, kraska da qoyuram, dərimə də qulluq edirəm, yeməyimə də fikir verirəm. Ancaq su içirəm. Qida rasionumdan qoyun ətini, duzu, yağı, çörəyi çıxarmışam. Mal və balıq əti yeyirəm. Bizi dünyanın başqa yerlərindən də çox izləyən var. Lazım gələndə baxım üçün hər şey etməliyik. Pis-pis işlərlə məşğul olmaqdansa, özünüzə qulluq edin. Deyirlər, əvvəllər kişilər saçına rəng qoyurdu? Onlara cavab verim ki, əvvəl heç internet də yox idi. Zaman dəyişib. Saçlarımı rəngləməkdən utanmıram ki... Lazım gələndə saçımı ağardacam. Başqaları kimi qaloş rəngi etmirəm. Yaşlı xalq artisti var, bu yaxınlarda deyir ki, “Bitirin saç rəngləməyi, burun kəsdirməyi”. Ona deyirəm ki, müğənni hər şey etməlidir. Çünki özün də elə edirsən”.






Fikirlər