24.09.2014 - Zəvvarlarımız Həccə getdilər (FOTO)

24.09.2014 - Zəvvarlarımız Həccə getdilər (FOTO)Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların ilkin qrupları yola düşüb.

ANS-in məlumatına görə, bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycandan ilk mərhələdə hər qruplda 40-42 nəfər olmaqla, 375 zəvvar Həcc ziyarətinə yola düşüb.
Zəvvarlardan ibarət ilk təyyarə sentyabrın 23-dən 24-nə keçən gecə, saat 01.40 dəqiqədə Bakıdan ayrılıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, artıq Səudiyyə Ərəbistanında zəvvarlarımızın bütün təşkilati məsələləri həll olunub. Məkkə və Mədinə səfərlərində həmişə olduğu kimi, bu il də bina və otellər icarəyə götürülüb, zəvvarlarımızın nəqliyyatla, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təminatı məsələləri həll olunub.

Gediş 23-28 sentyabr, qayıdış isə 11-15 oktyabr tarixlərinə nəzərdə tutulub. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək.

Qeyd edək ki, Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. İraq və Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Bu il Azərbaycandan Həcc ziyarətinə təxminən 3600 zəvvarın yola düşəcəyi nəzərdə tutulur.


24.09.2014 - Zəvvarlarımız Həccə getdilər (FOTO)
24.09.2014 - Zəvvarlarımız Həccə getdilər (FOTO)
24.09.2014 - Zəvvarlarımız Həccə getdilər (FOTO)






Fikirlər