Gülay Yeni ili keçirib İstanbula köçəcək

Yeni ili harada və kimlə qeyd edəcəksiniz?

 

Axar.az bu sualla tanınmış sənət adamlarına müraciət edib.

 

Əməkdar artist Bəhram Bağırzadə Yeni ili evdə, ailəsi ilə birgə keçirəcəyini bildirib.

 

Xalq artisti Ramiz Novruz Yeni il günü şəhərdə ailəsi ilə olacağını, 2016-cı ilin ilk günü isə rayona - qohumları ilə görüşməyə gedəcəyini deyib.

 

Repçi Elşad Xose heç vaxt Yeni il keçirmədiyini, bu il də keçirməyəcəyini bildirib.

 

Xalq artisti Afaq Bəşirqızı isə Yeni il bayramını həmişəki kimi ailəsi ilə evdə qeyd edəcək.

 

Aktyor Azər Baxışəliyev Yeni ili dostları ilə keçirəcək.

 

Əməkdar artist Mehriban Xanlarova isə bayramı anası, qızı və nəvələri ilə evdə qeyd edəcəyini bildirib.

 

Əməkdar artist Dilarə Əliyeva da Yeni ili ailəsi ilə evdə keçirəcək.

 

Aktrisa Gülay Hüseynova Yeni il günü də işləyəcəyini, bayramı ailəsi ilə keçirəcəyini, daha sonra İstanbula köçəcəyini bildirib.






Fikirlər