Neft 42 dollardan AŞAĞI DÜŞDÜ - SON 6 İLDƏ İLK DƏFƏ

 

Bu gün London birjasında Brent markalı neftin qiyməti 2009-cu ildən bəri ilk dəfə olaraq 42 dollardan aşağı düşüb.
RBK-nın məlumatına görə, 2016-cı ilin yanvarı üçün nəzərdə tutulan fyüçers müqavilələri 42 dollardan aşağı qiymətə bağlanmağa başlayıb. Sonuncu dəfə neft 2009-cu ilin martında bu cür ucuz olub və 41,48 dollardan satılıb. 

Neftin qiymətinin aşağı düşməsi Rusiya rublunun daha da zəifləməsinə səbəb olub. Moskva birjasında dolların kursu 69 rublu keçib, avronun kursu isə 75 rubla yaxınlaşıb.

APA.az 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






Fikirlər