Bu gecə "Maşın"da nə gözlənilir? - SÜRPRİZ

 

"Maşın" şou final mərhələsinin 2-ci günündə də tamaşaçılarını təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, proqram başlayan kimi aparıcı qismində efirə şounun yaradıcısı və 14 illik layihə rəhbəri Murad Dadaşov deyil, ATV kanalının digər aparıcıları Hacı Nuran və Mətanət Əliverdiyeva çıxıb.

Gedişatda məlum olub ki, hər yarım saatlıq efir blokuna müxtəlif şəxslər aparıcılıq edəcək. "Maşın" tarixində ilk dəfə şou Murad Dadaşov olmadan davam edir. Dadaşov səhhətində yaranan problemlə bağlı bu gün aparıcılıq edə bilməyib.

Sürprizlərlə dolu proqrama növbəti dəqiqələrdə hansı məşhurların aparıcılıq edəcəyini hamı həyəcanla gözləyir.

 






Fikirlər