Prezident əfv sərəncamı verdi – tam siyahı

Prezident əfv sərəncamı verdi – tam siyahıÜç NİDA-çı və bir hüquq müdafiəçisi azadlıqda; Dövlət Müstəqilliyi Günü ilə bağlı verilən fərmanla əfv ərizəsi yazmış vicdan məhbusları da azad edildilər; hüquq müdafiəçiləri və deputatlar ölkə başçısının addımını alqışladılar, müxalifət isə əfvin cəmi 4 siyasi məhbusa şamil edilməsindən narazıdır...

Dövlət başçısı İlham Əliyev Dövlət Müstəqilliyi Günü ilə bağlı əfv sərəncamı imzalayıb.

“Azərtac” həmin sərəncamı təqdim edib:

I. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:
1. Abışov Elşən Məmməd oğlu
2. Abızərov Qismət Elşən oğlu
3. Adgözəlov Aqşin Xankişi oğlu
4. Ağayev Samir Eldar oğlu
5. Ağayev Tələt Asəf oğlu
6. Babakişiyev Elşən Faik oğlu
7. Babayev Elşən Cavanşir oğlu
8. Behbudov Aslan Bəhlul oğlu
9. Bektaş İlbeyi Yusuf İzzetin oğlu
10. Cabbarov Samir Akif oğlu
11. Cahangirov Cahangir Elgün oğlu
12. Daşdəmirov Aslan Səfər oğlu
13. Əhədov Adil Rasim oğlu
14. Əhmədov Bayram Ağababa oğlu
15. Əhmədov Firdovsi Paşa oğlu
16. Əhmədov Tərlan Nizami oğlu
17. Əliyev Rəşad Vüqar oğlu
18. Əmrahov Heydər Nəsib oğlu
19. Əsədov Əlikram Nuğay oğlu
20. Əzimov Azər Zakir oğlu
21. Əzimov Pərviz Əzim oğlu
22. Əzizov Tural Musabeg oğlu
23. Fərzəliyev Rəşid Rəsul oğlu
24. Həsənov Çingiz Müzəffər oğlu
25. Həsənov Elvin Sabir oğlu
26. Həsənov Samir Sabir oğlu
27. Hümbətov Ağalar Ağasəf oğlu
28. Hüseynli Həsən Yəhya oğlu
29. Hüseynov Dadaş Əvəz oğlu
30. Hüseynov Pənah Valeh oğlu
31. İbrahimov Elməddin Təyyar oğlu
32. İbrəhimov Mirnizam Vəli oğlu
33. İmrahi Tohid Əli oğlu
34. İsayev Mübariz Baba oğlu
35. Kazımov Afiq Qara oğlu
36. Kazımov Rüfət Məhər oğlu
37. Kərimov Azay Əli oğlu
38. Qanbarçayev Bilal Abdulla oğlu
39. Qasımov Həmdulla Mügərrib oğlu
40. Qəmbərov Eşqin Ələddin oğlu
41. Quliyev Bəxtiyar Səməndər oğlu
42. Quliyev Xalid Əjdər oğlu
43. Quliyev Səbuhi Natiq oğlu
44. Qurbanov Şahin Hacımirzə oğlu
45. Mahmudova Səbinə Nəbi qızı
46. Məcidov Təbriz Etibar oğlu
47. Məcidov Ülfət Cənnət oğlu
48. Məhəmmədzadə Səid Müştəba oğlu
49. Məmmədov Elvin Hidayət oğlu
50. Məmmədov Etibar Arif oğlu
51. Məmmədov Natiq Tofiq oğlu
52. Məmmədov Nəzir Tapdıq oğlu
53. Məmmədov Rahim Vasif oğlu
54. Məmmədova Lalə Rəşid qızı
55. Muradi Muxtar Akif oğlu
56. Musayev Faiq Musaxan oğlu
57. Musayev Yusif Qafur oğlu
58. Mürsəlli Elsevər Nəsrəddin oğlu
59. Naibov Cəlal Camal oğlu
60. Namazov Emil Nizami oğlu
61. Nəsirullayev İlqar Həsənqulu oğlu
62. Novruzlu Şahin İbrahim oğlu
63. Rəfiyev Famil İdris oğlu
64. Rəhimli Sənan İqbal oğlu
65. Rzayev Əbülfəz Zahid oğlu
66. Sadıqov Savalan Fərhad oğlu
67. Salahzadə Zaməddin Zahir oğlu
68. Sanılı Eldar Adil oğlu
69. Süleymanov Tural Hacı oğlu
70. Şərbətov Şəhnam Zərbəli oğlu
71. Şirəliyev Hüseyn Əlgülşad oğlu
72. Tanrıverdiyev İbrahim Hüseyn oğlu
73. Teymurlu Elşən Elşad oğlu
74. Vəkilov Çingiz Bəhlul oğlu
75. Vəliyev Namiq Qadir oğlu
76. Vəliyev Vüqar Kamil oğlu
77. Vəlizadə Pehman Xanlar oğlu
78. Yunusov Musa Yunus oğlu
79. Zada Amir Sher
80. Zeynalov Mərahim Abdulla oğlu

II. Sumqayıt Apelyasiya məhkəməsinin 2013-cü il 4 sentyabr tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilmiş, Bayramov Vahid Saleh oğlu cəzadan azad edilsin.

III. İslah işləri cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

1. Quliyev Kamil Bayram oğlu
2. Qurbanov Elnur Allahverdi oğlu

IV. Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2012-ci il 31 yanvar tarixli hökmü ilə cərimə cəzasına məhkum edilmiş, Əhmədova Turanə Qalib qızı cəzadan azad edilsin.
Əfv fərmanı bütövlükdə 84 məhkumu əhatə edib. Onlardan dördü siyasi məhbusdur. Həbsdəki NİDA-çılar bir müddət əvvəl əfv olunmaq üçün dövlət başçısına müraciət etsələr də, onlardan üçü əfv siyahısına düşüb. Adları siyasi məhbus siyahısında olan NİDA üzvləri - Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli azadlığa buraxılıblar.

Hüquq müdafiəçiləri və deputatlar sonuncu əfv sərəncamını müsbət qiymətləndirsələr də, müxalifət sərəncamdan narazı qalıb.

Hüquq müdafiəçisi Səidə Qocamanlı musavat.com-a açıqlamasında bildirib ki, sərəncamı pozitiv qiymətləndirir: “Hüquq Müdafiəçilərinin Monitorinq Mərkəzinin siyahısından dörd siyasi məhbus əfv olunub. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Həmişəki kimi çox pozitiv, çox müsbət qiymətləndiririk. Bir nəfərin də belə azadlığa buraxılması bizim üçün çox sevindirici haldır. Əfvə düşən 84 nəfərin hamısına, ailələrinə gözaydınlığı verirəm. Bizim siyahımızdan da dörd nəfər əfvə düşüb. Bu, ikiqat sevincdir, müsbət bir haldır. Düşünürəm ki, siyasi məhbuslarla bağlı işçi qrupu tez bir zamanda yaradılsa, digərlərinin də taleyini tez həll edə bilərik. Ümid edirəm ki, AŞPA-nın yanvar sessiyasına biz o siyahılarsız gedəcəyik”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da qeyd edib ki, bütün əfv fərmanlarını dəstəkləmək lazımdır: “Biz də dəstəkləyirik. Yaxşıdır, müsbətdir, insanlar ailələrinə qovuşur. Ümidvarıq ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasına siyasi məhbussuz gedəcəyik”.

Hüquq müdafiəçisi və deputat Çingiz Qənizadə də əfv sərəncamını müsbət addım hesab edir: “Bu cür humanist addımı necə dəyərləndirmək olar? - əlbəttə ki, çox müsbət. Təkcə siyasi məhbusların buraxılmasından söhbət getmir. Hər bir Azərbaycan vətəndaşı önəmlidir. Bu addım minlərlə insana sevinc bəxş edir, təqdirəlayiq hesab edirəm, eşq olsun deyirəm, prezidentə təşəkkür edirəm. Ümid edirəm ki, bu cür sərəncamlar nəticəsində mübahisəli insanlar, beynəlxalq təşkilatların siyahılarındakı insanlar da zaman-zaman ailələrinə qovuşacaq”.

Deputat Zahid Oruc isə qeyd edib ki, bu fərman ilk növbədə müstəqilliyə münasibətdir: “Ümumən hesab edirəm ki, ilk növbədə dövlət müstəqilliyinə münasibətdir, ona dəyər verməkdir. Bu günün önəmini Azərbaycan cəmiyyətinə çatdırmaqdır. Bayram günü, təqvimdə önəm daşıyan hadisələr bu cür addımlarla əlamətdar olur, insanlar üçün daha əhəmiyyətli olur. Hesab etmirəm ki, bu, təkcə 84 nəfər üçündür. Bu, cəmiyyətə verilən bir mesajdır. Azadlığına qovuşan hər kəs eyni dərəcədə bu millətin övladlarıdır. Qoy onlar dövlətin atdığı bu mənəvi addım hesabına islah olunsunlar və bir daha cinayət törətməsinlər”.

Müsavat Partiyası funksioneri Gülağa Aslanlı isə bildirib ki, 84 nəfərlik əfv siyahısına cəmi 4 nəfər siyasi məhbusun salınması, həmçinin siyahıda bir nəfər də olsun Müsavat üzvünün olmaması hakimiyyətin qərəzindən xəbər verir. “Siyahıda müsavatçı siyasi məhbuslardan heç kimin adının olmaması bir daha hakimiyyətin Müsavata olan saymamazlığını və həmçinin qərəzli münasibətini göstərir. Hakimiyyət bununla Müsavatı özünə rəqib hesab etməsini bir daha büruzə verir və ortaya qoyur. Onlarla siyasi məhbus yenə də siyahıdan kənarda qalıb. Bu əfv fərmanı sadəcə olaraq beynəlxalq aləmə sadəcə hakimiyyətin əfv verdiyini, bu proseduru həyata keçirdiyini göstərmək üçündür. Gözləyirlər ki, bununla beynəlxalq təşkilatlar da ölkədə siyasi islahatların getdiyini bildirəcək, bunu irəliyə doğru bir addım hesab edəcək və sair”.






Fikirlər