BİRİNCİ XANIM məşhur şahzadənin obrazlarını təkrarladı - FOTO
Amerikanın birinci xanımıının hər bir çıxışı ətrafında fəal müzakirələr aparılır. Kimsə onu stil ikonası adlandırır və hesab edir ki, o, çox zövqlü xanımdır. Başqaları isə onu həddən artıq soyuqluqda və ciddilikdə ittiham edir. Bütün qalmaqallar baxmayaraq, qeyd etmək lazımdır ki, Donald Tramp prezidentliyə namizədolanda bir çox moda evləri Melaniyaya boykot elan etsə də, indi bütün markalar birinci xanımı geyindirməyi azrzu edir. Publika.az xəbər verir ki, birinci xanım statusundan əvvəl missis Tramp dərin dekolte və qısa paltarlar seçir, seksual fasonlara və parlaq obrazlara üstünlük verirdi. Amma son il yarımda ABŞ prezidentinin xanımı paltarlar-futlyarlarda və klassik şalvarlarda öz gözəl bədən quruluşunu nümayiş etdirir. Bu yolda Jaklin Kennedi, Qreys Kelli və Diana kimi şahzadələrin zərif qarderobları onun ilham qaynağı olub. Yeri gəlmişkən, bir çox moda tənqidçiləri Melaniya Trampın çıxışlarında Ledi Dinin kult obrazlarının detallarını hiss edirlər, hansılar ki, müasir ahəngə modern şəkildə transformasiya edilir. Diana Spenserin obrazlarından ilhamlanan Melaniyanın 8 obrazını təqdim edirik: 1. Çəhrayı dama-dama dəst
Melaniya Tramp oğlu Berrenomla, may 2017-ci il (Ağ ev) Ledi Di oğlu Harriylə, iyul 1986-cı il (Ailə iqamətgahı Xayqrouv-xaus) 2. Şifon libaslar
Melaniya Tramp 12 İyul 2018-ci il (İngiltərə, Vudstok) Ledi Di 15 May 1987-ci il (Fransa, Kann) 3. Gümüşü donlar
Melaniya Trampın həyat yoldaşı ilə Siciliyaya səfəri, may 2017-ci il Ledi Dinin şahzadə ilə Avstraliyaya səfəri, noyabr 1985-ci il 4. Qazayağı naxışlı kostyumlar
Melaniya Trampın Torontoda rəsmi səfəri, sentyabr 2017-ci il Diananın Almaniyaya rəsmi səfəri, noyabr 1987-ci il 5. Çiyni açıq qara don
Melaniya Tramp Brüssel, may 2017-ci il Diana London, noyabr 1994-cü il 6. Ağ kostyumlar və ağ kəmər
Melaniya Tramp İsrail, may 2017-ci il Ledi Di Avstraliya, noyabr 1996-ci il 7. Qayış korsetlər
Melaniya Tramp Vaşinqton, aprel 2017-ci il Ledi Di Bankok, fevral 1988-ci il 8. Qırmızı donlar
Melaniya Tramp Palm Biç, aprel 2017-ci il Ledi Di Paris, sentyabr 1995-ci il