Məlahət Abbasova: "Bakıda nişanlı ola-ola Türkiyədə 1 həftəyə evləndim" — MÜSAHİBƏ + FOTOLAR

Məlahət Abbasova: "Bakıda nişanlı ola-ola Türkiyədə 1 həftəyə evləndim" — MÜSAHİBƏ + FOTOLAR

Türkiyədə yaşayan həmyerlimiz əməkdar artis Məlahət Abbasova qısa müddətlik Azərbaycana səfəri çərçivəsində eksklüziv olaraq Ölkə.Az saytına müsahibə verdi. Maraqlı açıqlamaları ilə ona ünvanlanan sualları cavablandıran tanınmış aktrisa, heç zaman barəsində danışmadığı həyatının çətin anlarını da dilə gətirdi.

-lahəxanım, özdəhs edərdiniz bir az.

-Mən Məlahət Abbasova Pirşağıda anadan olmuşam. İncəsənət universitetində oxumuşam. Akademik Milli Dram Teatrında 5 il çalışmışam. Ailə həyatı qurduqdan sonra isə Türkiyədə yaşayıram. Hal-hazırda isə İstanbul şəhər teatrlarında həm aktrisa, həm rejissor, həm də bədii rəhbərin müavini kimi fəaliyyət göstərirəm. İki övladım var – Sudə, Uğur.

- Türkiyə yolculuğu necə başladı bəs?

- O zaman ora qastrola gedirdik. Türkiyəyə gəldikdən sonra yoldaşım və onun ailəsi ilə tanış oldum. Və 1 həftəyə evlənməyə qərar verdik. Türklər belədir, sevirlər, alırlar. Heç uzatmaqları yoxdur. (gülür) Daha sonra yoldaşım məni orada teatrlarda işə düzəltdi. Əslində şokda idim ki, mənim aktrisalıq etməyimə icazə verdi. Özünüz də bilirsiniz ki, bir az yaxşı qarşılanmır onlarda.

- 1 həftəyə tanımadığınız biriylə evlənməyinizi ailəniz necə qəbul etdi?

- Qəbul etmədilər. Tək bacım normal qarşıladı. Daha sonra yoldaşım Bakıya gəldi və ailəmin yanına gedib barışdı. Atamın da ürəyinə yatdı və qəbul etdilər.

- Hər iki ölkə arasında körpü əlaqəsi qurmusuz. Bu körpüdə əməyiniz çoxdur.

- Türkiyəyədə sənət insanına hər şərait yaranır. Orada qabağa getmək çox çətindir, amma mümkündür. Orada sənətə təzə başlayanda çox qorxurdum.  Amma yavaş-yavaş düzəldi. Zamanla özümü doğrultdum. Daha sonra baxdım ki, bizim kitabxanada bir dənə də olsun Azərbaycan əsəri yoxdur. Bu mənə pis təsir etdi.  Bütün dünya ədəbiyyatı olduğu halda bizim orada olmamamız.  Daha sonra işə başladım və öz əsərlərimizi tərcümə edib tamaşaya qoydum. İlk olaraq tamaşaya Bəxtiyar Vahabzadənin “İkinci səs” əsərini qoyduq. Keçən il “Təhminə və Zaur”, “Qatil”, “Şekspir” kimi əsərləri tamaşaya qoymuşuq. O dönəm İstanbulun Bələdiyyə sədri olan Rəcəb Tayyib Ərdoğan məni tanıyırdı. O mənə dedi ki, “Sənə ilk işini deyirəm. Azərbaycan və Türkiyə arasında körpü olacaqsan. Biz çox ayrı qaldıq”. Keçən il “Şekspir” əsərinə görə ilin rejissoru mükafatına layiq görüldüm.

- Biz sizi “Min bir gecə” serialından sonra tanıdıq..

- O seriala kimi 17 serial və bir çox filmlərə çəkilmişdim. Onların TMC şirkəti mənə zəng edib təklif edəndə mən ana olmağa hazırlaşırdım. Həmin zaman yox cavabı verdim. Daha sonra bir neçə dəfə müxtəlif aralıqlarla mənə təklif etdilər bu serialı. Getdim görüşdüm və Kudret Sabancı bir şəkildə məni razı saldı (gülür). Serial çox uğurlu oldu. Təkan verdi sənətimə daha da.

- Dil problemi olmurmu rollarda?

- Əslində olmur. Qohumlarım tez-tez qonaq gələndə isə sıxıntı olur. (gülür) Amma artıq alışmışam. Əvvəllər təzə-təzə başlayanda danışığımda müəyyən axsamalar olurdu və ona görə mənə baş rollar vermirdilər. Sonradan üzərimdə işlədim və alındı məndə.

- Nə qorxudur sizi?

- Uşaqlarıma nəsə olması. Onlarla bağlı hər şey çox qorxudur məni. Bütün fikrim-zikrim onlardır.

- Olmasını istəyib də olmayan bir şey olubmu həyatınızda?

- Çox istərdim ki, gözəl rollar oynayım. Məsələn “Hamlet”dəki Ofeliyanı oynamaq istərdim.

- 1 həftəyə evlilik təklifini qəbul etdikdə qorxmadınız? Uyğunlaşma olmamasından, peşmançılıq yaşanmasından..

- Bunları heç düşünmədim. İnanın ki, düşünmədim. Kor-koranə addım atdım. Vizam bitirdi deyə onun təklifini qəbul etdim. Mən o vaxt həm də Bakıda nişanlı idim.

- Bundan sonrakı planlardan danışaq.

-Hüseyn Cavidin “İblis” əsərinin üzərində işləyirəm. Oktyabrın ortalarında səhnəyə qoyulacaq. Daha sonar Elçin müəllimin “Teleskop” əsəri var. Mir Cəlal Paşayevin hər hansı bir əsərini səhnələşdirmək də var fikrimdə. Bu işləri orada görmək asan deyil. 70 milyonluq xalqdır.

- Bizim teatrlardan sizə niyə təklif gəlmir?

- Vallah bilmirəm. Mən də çox istərəm təklifin gəlməsini və gəlib burada çalışmaq. Türklər mənim gücümdən, beynimdən məharətlə istifadə edir. Mən öz ölkəmə xidmət etmək istərəm. Hamısı məni çox istəyir, sevir, amma dəvət etmirlər. Səbəbi bilmirəm.

- Övladlarınızdan hansınınsa bu sənəti davam etdirməsini istərdinizmi?

- Yox. İstəməzdim. Bakıda yox, amma Türkiyədə istərəm. Çünki Türkiyədə işləmək hamısı öz gücünədir, prestijlidir. Qızım seriallarda, filmlərdə oynuyur. Məndən çox təklif alır. (gülür) Mən həkim olmasını istərəm.

- Rol təklifləri gələndə hansı kriteriyalara “veto” qoyursunuz?

- Əvvəllər açıq-saçıq səhnələrə görə qadağalar çox qoyurdum. Amma indi yaş o yaş deyil. Zatən o cür rolları keçib yaşımız.

- Bizim şou-biznesdən kömək istəyən olubmu Türkiyə ilə bağlı? Orada fəaliyyətə başlamaq üçün.

- Olub. Çox olub. Adlarını çəkmək istəmirəm.

- Yoldaşınız sizi qısqanırmı?

- Xeyr. Sevgi inamdır. İnanır mənə. Məni tanıyır. 

Söhbətləşdi: Niyam Şirinov, Məhbubə Gülməmmədova

Fotolar: Ozal İbrahimli






Fikirlər