"Yeganə çarəmiz kəndir alıb özümüzü asmaqdır..."

Картинки по запросу rəşid mahmudov 

Ağlımız kəsəndən belə bir ifadə eşitmişik: “Kim yüz il yaşamasa, günah onun özündədir”. Sevilən ifaçı, ömrünün sonuna qədər qovduğu kəpəniyi tuta bilməyən rəhmətlik Mirzə Babayev də bu ifadəni çox işlədirdi. 

Ancaq indi ölüm o qədər “cavanlaşıb” ki, insanlar məşhur ifadədəki kimi nəinki yüz, əlli yaşına belə çatmadan bu həyatla vidalaşırlar. Görəsən, həqiqətənmi yüz il yaşaya bilməməyimizin günahı özümüzdədir?
Moderator.az olaraq Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış həkim Rəşid Mahmudova “İnsanın yüz il yaşaya bilməməsinin günahını kimdə və nədə görürsünüz?” sualı ilə müraciət etdik. 
Rəşid Mahmudovun sualımıza cavabı belə oldu:
“Allah insanı yaradıb və bu canı, bir ömrü əmanət verib. Biz isə hər vəchlə çalışırıq ki, bu canı tez öldürək, məhv edək. Müxtəlif yararsız qidalar yeyirik, müxtəlif içkilər içirik. Buna, həmçinin xarici mühit, şərait də mənfi təsir edir. Uşağın normal olmaması valideynə, kişinin normal olmaması qadına, qadınının normal olmaması kişiyə mənfi təsir edir. Üstəlik də qarşılaşdığımz çətinliklər, kasıb olmağımız, qida tapa bilməməyimiz, yaşadığımız stress, əsəb və s. hər biri sağlamlığımıza böük zərbə vurur. Nəticədə də vaxtından əvvəl əldən düşüb ölümə məhkum oluruq”. 
R.Mahmudovun cavabından sonra “O zaman belə anlaşılır ki, yüz il yaşamaq üçün arsız olmaq lazımdır?” sualı da yarandı. Və açıqsözlü həkimdən bu suala da cavab verməsini xahiş etdik. 
R.Mahmudov cavabında arsız yaşamağın kişi işi olmadığını dedi: 
“Bunun çıxış yolu bizdən asılı deyil, çünki biz nə problemləri həll edə, nə də  şəraiti düzəldə bilmərik. Arsız yaşamaqdansa, ölmək daha şərəflidir. Bizim yeganə çarəmiz bir kəndir alıb özümüzü asmaqdır, başqa çarəmiz yoxdur…” 

 






Fikirlər