Məşhur ANS-çi yeni veriliş açır (VİDEO)

Məşhur ANS-çi yeni veriliş açır

ARB TV-də yeni layihəyə start verilir. 

"AzerTaym.az"axşam.az-a istinadən xəbər verir ki, "Xalqın şairi" adlı müsabiqədə şairlik istedadı, şeir demək bacarığı olan şəxslər yarışacaqlar. Yarışmanın münsiflər heyətində maraqlı simalar yer alacaq. Həftələrlə davam edəcək layihənin qalibini ev mükafatı gözləyir.

Verilişin anonsları artıq yayımlanmağa başlayıb. Verilişin aparıcısı tanınmış telejurnalist Mübariz Əsgərovdur. Yarışmanın münsiflər heyətində kimlərin olacağı isə yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, uzun müddət ANS-də "Qulp" verilişini aparan M.Əsgərov daha sonra Xəzər TV-də işləyib. Ötən ildən etibarən isə o, ARB TV-yə keçərək "Rezonans" verilişinə aparıcılıq edib. 






Fikirlər