Putin BAKIDA Qarabağdan danışdı

“Putin Bakıda Qarabağdan danışdı

“Rusiya Qarabağ münaqişəsində Azərbaycan və Ermənistanın güzəştli və hər iki tərəf üçün məqbul həll yolu tapmasına səy göstərəcək”.

AzerTaym.azQafqazinfo”-a istinadən xəbər verir ki, bu sözləri prezident Vladimir Putin Bakı səfəri zamanı dövlət başçısı İlham Əliyev görüşündə bildirib:

“Siz Qarabağı xatırlatdınız. Bu, həqiqətən də sovet keçmişindən bizə qalan problemdir. Bilirəm ki, bu Azərbaycan, həm də Ermənistan üçün necə aktual mövzudur.

Münaqişədə qalib hər iki xalq oldu və hər iki ölkə hiss etdi ki, bu çətin tapşırığı bugünün və gələcək nəsillərin marağına uyğun həll etdilər”. 

İki ölkə arasındakı ticari əlaqələrə toxunan Putin əlavə edib ki, Rusiya və Azərbaycan dollara görə azalan ticari dövriyyənin genişləndirilməsi üçün yollar tapa bilər: “Baş verən ixtisarlara səbəb dünya və bizim iqtisadiyyatımızdakı böhran amili, ənənəvi ixrac məhsullarımızın qiymətinin düşməsi və məzənnə fərqi ilə bağlı yaranan məlum problemlərdir”. 

Prezident İlham Əliyev öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında aktiv roluna görə minnətdarlığını bildirib.






Fikirlər