“Bir iri oliqarx fiziki olaraq məni hədələdi, hətta elə buradaca…” - Mərkəzi Bankın RƏHBƏRİ

3989818fe91ce74d612df081d2fa41b7

Ukraynanın Mərkəzi Bankının rəhbəri Valeriya Qontareva “Financial Times” qəzetinə müsahibəsində bu vəzifədəki fəaliyyəti zamanı dəfələrlə təhdidlərlə üzləşdiyini bildirib.

Virtualaz.org xəbər verir ki, Qontareva hətta Mərkəzi Bankın binasında iri oliqarxlardan biri onu şəxsən fiziki divan tutmaqla hədələdiyini də açıqlayıb.

“Bir iri oliqarx şəxsən məni hədələdi-fiziki olaraq təhdid etdi-hətta elə buradaca” - Qontareva Mərkəzi Bankın binasındakı konfrans zalını göstərərək deyib. Lakin o, həmin oliqarxın adını açıqlamaq istəməyib.

“Financial Times” qeyd edir ki, mərkəzi bank rəhbərlərinin əksəriyyəti bilavasitə kabinetlərində fiziki təhdidlərlə üzləşəcəklərini gözləmirlər. “Lakin mərkəzi bank rəhbərlərinin əksəriyəti də elə Ukraynada işləmir”-qəzet əlavə edir.
Qontareva Mərkəzi Banka 2014-cü ildən rəhbərlik edir. O vaxtdan bəri onun istefa verəcəyi haqda dəfələrlə xəbərlər yayılıb. Millətçilər Qontarevanı Ukraynada Rusiya banklarının işləməsinə imkan yaratmaqda günahlandırırlar.

 






Fikirlər