Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilirBu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir












Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səhər saat 8.00-da ölkə ərazisindəki 5 min 15 seçki məntəqəsi bələdiyyə seçkilərində səsverməyə açılıb.

Mərkəzi Seçki Komissiyasından verilən xəbərə görə, seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edir. Seçici siyahılarında 4 milyon 819 min 382 nəfərin adları yer.

Namizədlərin 13 min 907-si 8 siyasi partiyadan, 23 min 61-i fərdi qaydada, 109-u isə təşəbbüs qrupundan irəli sürülüb. Seçkiyə qatılan namizədlərdən 18 min 284-ü bitərəfdir. Ümumilikdə namizədlər arasında 30 siyasi partiyanın təmsilçisi var. Bir bələdiyyə üzvü yerinə 2,5 nəfər mübarizə aparır.

Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu, məntəqələrin 20 faizini təşkil edir. Qeydə alınan müşahidəçilərin sayı 50 mini keçib. Onlardan da 26 mindən çoxu siyasi partiya təmsilçisidir.






Fikirlər