Moskvada yuva quran anti-Azərbaycan ŞƏBƏKƏSİ – Kreml NİYƏ SUSUR?!

Moskvada yuva quran anti-Azərbaycan şəbəkəsi – Kreml niyə susur?

Azərbaycana qarşı erməni şəbəkəsi və bu şəbəkə ilə eyni mahiyyəti daşıyan separatçı şəxslər yenidən fəallaşıb. Lakin bu fəallıq təkcə Qərbdə yox, Rusiyada da müşahidə olunur.

Rusiya və Azərbaycan strateji tərəfdaş ölkələrdir və hər iki ölkə rəhbərliyinin münasibətləri daim yüksək olub. İstər ulu öndər Heydər Əliyevin dövründə, istərsə İlham Əliyevin zamanında Bakı-Moskva xəttində qarşılıqlı anlaşma mühiti hökm sürüb. Azərbaycan öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin, beynəlxalq terror şəbəkəsinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, belə qüvvələrin respublikamızdan keçərək Rusiyaya sızmasının qarşısını qətiyyətlə alıb. Rusiya və Azərbaycan terrorizm və ekstremizmin yayılmasının qarşının alınması məqsədilə birgə əməliyyatlar keçiriblər.

Azərbaycan KİV-ləri və vətəndaş cəmiyyəti təsisatları Rusiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində həmişə qardaş xalqlarımızın əlaqələrinin ruhuna zidd mövqe tutmaqdan çəkiniblər. Lakin təəssüf ki, eyni fikirləri Rusiyanın bəzi çevrələrinə, onların təsirində olan KİV-lərə və vətəndaş cəmiyyəti təsisatlarına şamil etmək mümkün deyil.

Rusiyanın müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər artıq həmin strukturları, Rusiya mediasını və vətəndaş cəmiyyəti təsisatlarını Ermənistan dövlətinin anti-Azərbaycan siyasətini yürütmək üçün alətə, Moskvanı öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədir. Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının haqsız yerə ləğvi də Rusiyada erməniləşənlərin fəaliyyətinin nəticəsi idi. Lakin o da unudulmamalıdır ki, məhz Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə Rusiyada Azərbaycan diasporunun yenidən təşkilatlanması və rəsmi şəkildə tanınması prosesi başlandı. Bu o deməkdir ki, Bakı və Moskva rəhbərliyi arasında heç bir narahatlıq yoxdur, suyu bulandıranlar, müxtəlif strukturlara sızmış erməni əsilli şəxslərdir.

Bu şəbəkə Azərbaycanda daim dövlətçiliyə dəstək verən, azərbaycançılıq ideyası uğrunda mübarizə aparan talış vətəndaşlarının adından sui-istifadə edən Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimiləri dövriyyəyə buraxıb. Bir müddət əvvəl ermənilər talış vətəndalarımız tərəfindən rədd edilən bu anti-milli şəxslər vasitəsilə Azərbaycana qarşı təbliğat ruporu olaraq istifadə etmək üçün telekanal və mərkəzlər açmışdı. Lakin Azərbaycan ictimaiyyətinin, ilk növbədə talışəsilli vətəndaşlarımızın qınağı səbəbindən erməni xüsusi xidmət orqanları taktikalarını dəyişərək, həmin qurumların fəaliyyətini Moskvaya köçürüblər. Bu fəaliyyətdə Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov erməni planlarına xidmət edir.

Bu, Vətən xainləri kimdir?

Fəxrəddin Aboszadə 1981-95-ciillərdə BDU-da işləyib. Əvvəl Kommunist Partiyası, sonra isə AXC hakimiyyəti dövründə sürətli karyer sıçrayışı etmək cəhdləri uğursuzluqla nəticələnib. “Politologiya” dərsliyi adı ilə AXC-ni və onun sədrini mədh edən kitab yazması da “lazımınca“ qiynmətləndirilməyibdir. Mənsub olduğu linqvistik icmanı regional separatçılıq avantürasını çəkmək cəhdi isə bölgə əhalisinin qətiyyətli səyi ilə iflas uğrayıbdır. Bundan sonra Rusiyaya sığınan F.Aboszadə erməni xüsusi xidmətlərinin və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə fəaliyyət göstərir.

Azərbaycan dövlətinə və xalqına təhqirlər yağdıran Zabil Məhərrəmov da hazırda “fəaliyyəti”ni İrəvandan Moskvaya köçürmüş və bu təxribatı planlarını da elə oradan həyata keçirir. Bir müddət əvvəl bu şəxs mətbuatda “bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır” bəyanatı ilə çıxış edərək, satqın və Vətən xaini olduğunu bir daha nümayiş etdirib.

Böyük ehtimalla Azərbaycana qarşı fəaliyyət göstərən bu şəxslərin Rusiyada fəaliyyət göstərməsi bu ölkənin rəhbərliyinin istəyinə uyğun deyil. Lakin müəyyən çevrələr onlara Moskvada isti yuvalar düzəldiblər və bu, Rusiya rəhbərliyi üçün ciddi siqnal olmalıdır. Çünki Azərbaycan əleyhinə bu tipli aqressiv fəaliyyətin Moskvada rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Bununla yalnız Azərbaycana deyil, Rusiyanın mənafelərinə xəyanət edilir. Rusiya tərəfi erməni lobbisinin Moskvanı get-gedə öz xəyanətlərinin qurbanına çevirməsinin, onu geostrateji əhəmiyyətlə bölgələrdə daha çox təcrid etməsinin fərqində olmalıdır.

Publika.az

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi