ABŞ-da seçkilərin İLKİN NƏTİCƏLƏRİ bəlli oldu - Trampın gələcəyi TƏHLÜKƏDƏDİR

Image result for tramp uduzdu

ABŞ Konqresini yenidən qaydaya salmaq üçün təşkil edilən aralıq seçkilərin ilkin nəticələri bəlli olub.

Publika.az xəbər verir ki, seçkilərdə Demokratlar Partiyası Respublikaçılar Partiyasının əlindəki əhəmiyyətli yerlərdə ard-arda zəfər çalıb.

Prezident Donald Trampın sevimli kanalı olan “Foks Nyuz” demokratların Nümayəndələr Palatasında üstünlüyünü əldə etdiyini elan verib.

Respublikaçılar isə Senatda zəfər çalmağa addım-addım yaxınlaşıblar. Demokratların əlindəki İndiana bölgəsi respublikaçılara keçib, Texasdakı kritik yarışı da Trampın partiyası qazanıb.

Amerikalı seçicilər Senatdakı 35, Nümayəndələr Palatasındakı 435 mandat üçün səsverməyə gedib. Medianın topladığı rəsmi olmayan ilkin nəticələrə görə, demokratların Nümayəndələr Palatasındakı 31 mandatına qarşı respublikaçılar bu vaxta qədər 36 mandat əldə edib. Palatadakı ilk mandat dəyişikliyi Florida və Vircinia ştatlarında baş tutub.

Miçiqan ştatından seçkilərə qatılan fələstin əsilli Rəşidə Tlaib yarışı qazanaraq Nümayəndələr Palatasına girən müsəlman qadın olub.

ABŞ mediası Senatda respublikaçıların, Nümayəndələr Palatasında isə demokratların üstünlük əldə etdiyini elan edir.

ABŞ-da seçkilərin İLKİN NƏTİCƏLƏRİ bəlli oldu - Trampın gələcəyi TƏHLÜKƏDƏDİR






Fikirlər