Partiya sədrləri korrupsioner məmurların həbsini dəstəkləyirlər

Partiya sədrləri korrupsioner məmurların həbsini dəstəkləyirlər

"Əminəm ki, qarşıdakı zamanlarda da belə təmizlik işləri davam etdiriləcək"

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə çox köklü islahatlar həyata keçirilir. Eyni zamanda ölkəmizdə korrupsiyaya qarşı da ciddi mübarizə aparılır".

"AzerTaym.az" bildirir ki,bunu "Report"a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O xatırladıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyatlar nəticəsində Ağstafa, Yevlax və Neftçala rayonlarının icra başçıları həbs olundu: "Həmin adamların çirkin əməlləri ifşa olundu. Bundan isə Biləsuvarın icra başçısı nəticə çıxarmadı. O, yetimin, kasıbın malına göz tikib. Bu nə qədər böyük bir həqarətdir. Ona görə də DTX-nın Biləsuvardakı əməliyyatını çox yüksək qiymətləndirirəm. Bu həm də dövlət başçısının iradəsini ifadə edir. Prezidentin söylədiyi kimi "hər kəs dövlətinə, millətinə, vətəninə xidmət etməlidir". Cənab Prezident dəfələrlə qeyd edib ki, kimsə adamlarına güvənməsin. Hər kəs qanun qarşısında bərabərdir".
Partiya sədrləri korrupsioner məmurların həbsini dəstəkləyirlərT.Kərimli Kamran Əliyevin Azərbaycanın Baş prokuroru təyin edilməsini yüksək qiymətləndirib: "Baş prokurorun təyin edilməsinə razılıq verilməsi məsələsini Milli Məclisdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev təqdim etdi. Bu, Azərbaycan parlament tarixində ilk idi. Kamran Əliyev reputasiyası təmiz olan şəxsdir. Hesab edirəm ki, Kamran Əliyev Prezident İlham Əliyevin ona göstərdiyi etimadı yüksək şəkildə doğruldacaq".

Ağ Partiyanın sədri Tural Abbaslı isə "Report"a açıqlamasında deyib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Biləsuvar rayonunda keçirdiyi əməliyyat ilk deyil: "Bu artıq dördüncü icra başçısıdır ki, DTX-nın əməliyyatı ilə həbs olunub".

Onun sözlərinə görə, DTX Biləsuvardakı əməliyyatdan əvvəl İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsini həbs edib: "Demək olar ki, bəzi yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, kənd icra nümayəndələri illərdir belə əməllərlə məşğul olublar. Baxmayaraq ki, cəmiyyətdə də qara maskalılar ironiyası yaranıb. Amma bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri heç nədən çəkinmədən və qorxmadan həmişəki korrupsiya fəaliyyətlərini davam etdiriblər".
Partiya sədrləri korrupsioner məmurların həbsini dəstəkləyirlərPartiya sədri Azərbaycana yeni Baş prokurorun da təyin edilməsinə toxunub: "Baş prokuror postu dövlət idarəçiliyində olduqca əhəmiyyətli postlardan biridir. 20 ildən sonra Azərbaycanda Baş prokurorun dəyişdirilməsi önəmli addımdır. Ümid edirəm ki, yeni Baş prokuror insanların şikayətlərinə daha ədalətli baxacaq, daha ədalətli və şəffaf şəkildə işlər həyata keçiriləcək. Hesab edirəm ki, dəyişiklik iradəsi varsa, nəsə gözləmək olar".

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu "Report"a bildirib ki, ölkə rəhbərliyi COVİD-19 pandemiyasına və korrupsiyaya qarşı qəti tədbirlər həyata keçirir : "Hesab edirəm ki, COVİD-19 pandemiyasına qarşı görülmüş işlər, qəbul edilmiş təxirə salınmaz qərarlar ölkəmizin bu bəladan minimum itkilərlə çıxmasına zəmin yaradır.

Ancaq dövlət aparatında çalışan, nəinki qulluq etdikləri hakimiyyətə və onun siyasi kursuna eyni zamanda dövlətçiliyə, xalqa xəyanət edən bir sıra insanlar var. Onlar ölkəmizdə pandemiya dövrü aparılan sosial dəstək siyasətinə qarşı mənəviyyata sıxmayan hərəkətlər edib. Korrupsiya halları, rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə halları nəticəsində xalqımıza böyük zərərlər vurublar. Bu zərərləri təkcə maddiyyatla bağlamaq doğru olmazdır. Burada, belə çətin zamanlarda xalqımıza qarşı ən böyük mənəvi cinayət işlənilib. Xalqın aztəminatlı ailələrinə çatmalı olan yardımlar mənimsənilib.

Bu tip mənəviyyatsızlığa imza atmış və nəticədə həbs olunmuş Ağstafa, Yevlax, Neftçala rayon İcra Hakimiyyətlərinin başçılarından nəticə çıxarmayan növbəti şəxs də Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı oldu. Hakim komandanın rəhbəri Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq digərləri kimi Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı dövlətimizin, xalqımızın mənafeyinə ciddi zərbə vurdu, pandemiya dövrü ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi qanunsuz olaraq mənimsədi. O, ölkə başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmadı. Rüşvət və korrupsiya hallarına son qoyulmadı. Nəticədə də bu həbs həyata keçirildi.

Partiya sədrləri korrupsioner məmurların həbsini dəstəkləyirlərAçıq görünür ki, siyasi hakimiyyət, birbaşa Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələlərdə ortaya böyük və təqdirəlayiq siyasi iradə qoyublar. Bu iradəyə qarşı getmək xalqa, dövlətə və dövlətçiliyə qarşı getmək kimi qiymətləndirilir.

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi antikorrupsiya əməliyyatları da birmənalı olaraq xalq tərəfindən olduqca yüksək qarşılanır. İnsanların reaksiyası bu məsələdə xalqla dövlət arasında həmrəyliyin açıq göstəricisidir və bizim tərəfimizdən də müsbət dəyərləndirilir. Bu prosesə bacardığımız töhfəni verməyə hər zaman hazır olduğumuzu bir müxalif partiya olaraq dəfələrlə açıq bəyan etmişik. Bu tip yaramaz məmurlara qarşı daha sərt addımlar atılmalıdır. Hesab edirəm ki, ölkəmizi, xalqımızı bu tip yaramaz məmurlardan təmizləməyin zamanı artıq yetişib. Əminəm ki, qarşıdakı zamanlarda da belə təmizlik işləri davam etdiriləcək".

Onun sözlərinə görə, Baş prokurorun yeni sima ilə əvəz olunmasını Azərbaycanda aparılan ictimai-siyasi, iqtisadi, hüquqi kadr islahatlarının növbəti mərhələsi kimi dəyərləndirmək lazımdır: "Bu posta Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin, eyni zamanda Prezident İlham Əliyevin qətiyyətinin təzahürüdür. Yeni Baş prokuror öz çıxışında siyasi, hüquqi islahatların, eləcə də aparılan kadr islahatlarının ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirdiyini qeyd etdi. Bu təyinat mənə açıq deməyə imkan verir ki, ölkənin Baş prokurorunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyindən seçilməsi ölkədə korrupsiya və rüşvətə qarşı amansız mübarizənin aparılacağının açıq göstəricisidir. Bu həm də bəzi korrupsiyalaşmış məmurlara, eyni zamanda açıq formada topluma bir siyasi mesaj idi. Eyni zamanda diqqətinizi ona da yönəldim ki, Azərbaycan parlament tarixində bir ilk yaşandı. Azərbaycanda icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında əlaqə məhz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən həyata keçirildi. Düşünürəm ki, bu ölkədə aparılan siyasi islahatların dərinləşməsinə və yeni siyasi konfiqurasiyanın formalaşmasına dəlalət edir".

 






Fikirlər