Gürcüstanın XİN başçısı Azərbaycana dəvət olundu

Gürcüstanın XİN başçısı Azərbaycana dəvət olundu

Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri - David Zalkaliani və Ceyhun Bayramov bugünkü telefon danışığı zamanı ölkələr arasındakı dostluq münasibətlərini müzakirə ediblər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
C.Bayramov D.Zalkalianini Gürcüstan baş nazirinin müavini vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və qarşılıqlı əlaqələrin gələcəkdə daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.
Tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar.
Söhbət zamanı müxtəlif istiqamətlərdə qarşılıqlı əməkdaşlığın inkişaf dinamikasına da nəzər salınıb.
XİN başçıları iqtisadi əməkdaşlığın önəmini qeyd edərək regional layihələrin həyata keçirilməsinə də toxunublar. Tərəflər həmçinin bölgədə dayanıqlı sülh və sabitliyin vacibliyini də qeyd ediblər.
Nazirlər ikitərəfli əlaqələrin və bölgənin inkişafı üçün fəal əməkdaşlıqla bağlı hazırlıqlarını ifadə ediblər.
Danışıq zamanı C.Bayramov gürcüstanlı həmkarını Azərbaycana səfərə dəvət edib.






Fikirlər