"Putinin hədəfləri dəyişdi- o, artıq atəşkəsə can atır..." - Məşhur Rusiya siyasətçi və publisisti

"O, Ukrayna ilə barışıq üçün yalvarmaqdan ötrü Qərbə “elçilər” göndərib..."
 

 

"Hazırda Rusiya prezidenti Vladimir Putin artıq geosiyasi məqsədlər və Ukraynanın məhvi üçün deyil, həyatı uğrunda mübarizə aparır. Rusiya ordusu ilkin olaraq qarşıya qoyduğu məqsədlərə nail ola bilməyəcəyini göstərdi".
 
Moderator.az xəbər verir ki, bu fikirləri "Kanal 24"-ün efirində rusiyalı publisist və müxalif siyasətçi Andrey Piontkovski ifadə edib.
 
Onun fikrincə, Putin Ukrayna ordusunun əks-hücumunu dayandırmaq və Rusiyada siyasi fəlakətə səbəb olacaq Xersonun azad edilməsinin qarşısını almaq üçün atəşkəs əldə etməyə çalışır.
 
“Səhəri gün isə "Qu gölü" baletinin nümayişləri arasında  bildirilməlidir ki, yoldaş Putin “Ukrayna məsələsində” bir sıra ciddi səhvlərə yol verib və səhhətinə görə daha Rusiyanın prezidenti vəzifələrini yerinə yetirə bilmir” - deyə Piontkovski proqnozlaşdırır.
 
Xatırladaq ki, bir müddət öncə Rusiya hərbi komandanlığının Xersondan qaçdığı bildirilmişdi.
 
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Arestoviç isə bildirib ki, Rusiya prezidenti Putin Ukrayna ilə barışıq üçün yalvarmaqdan ötrü Qərbə “elçilər” göndərib.
 
Sultan Laçın






Fikirlər