“Bir söz deyə bilmərəm” – Adil Əliyevdən AÇIQLAMA...

“Bir söz deyə bilmərəm” – Adil Əliyevdən açıqlama 

Milli Məclisin vitse-spikerinin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı ilə bağlı xəbər yayılıb. 

“AzerTaym.az” bildirir ki, “AzPolitika.info”nun redaksiyasına daxil olan məlumata görə, bu barədə Prezident sərəncamı tezliklə elan olunacaq. 

Sayt yazır ki, məlumatda təyinat gözləyən vitse-spikerin kimliyi dəqiqləşdirilmir, amma çox böyük ehtimalla, bu, Adil Əliyevdir. 

Məsələ ilə bağlı Adil Əliyev Musavat.com-a açıqlamasında yazılanlara bu cür reaksiya verib: "Rəsmi xəbər olmadığı halda bir söz deyə bilmərəm".






Fikirlər