Tramp Hitlerə heyranlıq bəsləyir... - ŞOK AÇIQLAMA...

Donald Tramp Adolf Hitler və digər diktatorlara heyranlıq bəsləyir və yenidən prezident seçilərsə, ölkəni eyni üsulla idarə edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” Ağ Evin keçmiş aparat rəhbəri Con Kelliyə istinadən məlumat yayıb.

Kellinin sözlərinə görə, Trampın davranışları və baxışları faşizm anlayışına uyğundur.

O, Trampın tarixi və ABŞ Konstitusiyasını kifayət qədər anlamadığını da vurğulayıb.

Keçmiş aparat rəhbəri bildirib ki, Tramp bir neçə dəfə Hitleri tərifləyib və "Hitler kimi ona sadiq generalların" olmasını istədiyini bildirib.

Kelli Trampın yenidən prezident seçiləcəyi halda, diktatorluq metodları ilə idarəetmə ehtimalının ciddi narahatlıq doğurduğunu qeyd edib. 






Fikirlər