Birinci Avropa Oyunları və COP-29: Oxşar "təsadüflər"

 İki gün əvvəl Bakıda leysan yağdı... Doqquz il öncəni xatırladım-Bakıda Birinci Avropa Oyunları ilə əlaqədar paytaxta gələn əcnəbiləri daşıyan avtobusun qəza törədib insanları əzməsini. Çox ağır hadisə idi və əsla təsadüf deyildi. O zaman həmin hadisə bəzi dairələrə ona görə lazım idi ki, Cənubi Qafqazda suverenlik və ərazi bütövlüyü zədəli olan Azərbaycan dünyaya bir daha güvənilməyəcək ölkə kimi təqdim olunsun, amma alınmadı.

Qayıdaq iki gün öncəki yarım saatlıq leysana... Bu təbii fəlakət Bakının tən ortasında iki insan tələfatını qaçılmaz etdi. Birinci Avropa oyunları ərəfəsində də bu fakt var idi. İki oyunçunu avtobusla əzmişdilər. İndi arada insanları daha emosional edəcək ciddi bir fərq var, ölən öz vətəndaşımızdır. Bu, sıravi vətəndaş və emosional toplumda daha çox hay-küy və aqresiya yaradacaq psixoloji nüansdır. Belə də oldu. ... Doqquz il öncə, 2015-də Birinci Avropa Oyunlarına, indi, 2024-cü ildə də COP-29-a hazırlaşır AZƏRBAYCAN. Və mühüm özəllik var. Bu tədbir idman hadisəsi deyil. Dünyanın qlobal ekoloji məsələlərin müzakirəsi üçün ən vacib tədbiridir. İndi Azərbaycan da doqquz il öncəki deyil. Öz suverenliyini bərkidib, Cənubi Qafqazda Qarabağ qələbəsi ilə gücə çevrilib ölkə. Başa düşürlər ki, onu daha qlobal  "vurmaq" lazımdır. Azərbaycanı məhz ekoloji hazırsızlıqdan hədəfə alıblar. Və haqlı olaraq suallar yaranıb, görəsən, bu günə qədər olan yarım saatlıq leysanlarda niyə tunellər su ilə bu səviyyədə dolmadı?

-Niyə o leysanlarda adamlar ölmədi?

 -Niyə kanalizasiya borularının çətinliklə də olsa gücü çatdı suyu sovurub aparmağa?

 Bəli bu günün sualları bunlardır. Hər kəs, elə bəzi media quruluşları da bu yöndə yürüsə çoxsaylı faktlar aşkarlaya bilər. Bu, başladılan prosesdə dövlətinə də, vətəndaşına da xidmət olar. Problemin üzərinə rahatlıqla getmək imkanları yaranar. Ən vacibi bu problemə səbəb olanları, dövlət büdcəsindən ayrılan vəsaitin sonradan “dürüst işləyirik” fonu yaratmaq üçün bir neçə milyonunu büdcəyə geri qaytarmaqla özünə xal qazanmaq da xilas etməz. Çünki DÖVLƏT hamını yaxşı tanıyır axı, cənablar!..






Fikirlər