Su basmış tuneldən ikinci şəxsin meyiti çıxarıldı (YENİLƏNİB)

Bakıda tuneldə batan ikinci şəxsin meyiti çıxarılıb - YENİLƏNİB

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batan ikinci şəxsin meyiti çıxarılıb.

Bu barədə “AzerTaym.az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Bildirilib ki, tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Baş Prokurorluqdan isə bildirilib ki, sözügedən tuneldə daha bir cəsədin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

***
Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

AzerTaym.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.

Qeyd edilib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir






Fikirlər