“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...”

“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...”

Onu da bilmək gərəkdir ki, Türkiyənin hərbi sənayesinin inkişafının qarşısını almaqda maraqlı olan yalnız Rusiya deyil, başqa belə dövlətlər də var...”
 
Ad - 00:09

 

“Türkiyədə dünən törədilmiş terror aktı bir neçə əlaməti ilə göstərir ki, bu, konkret mesajları olan terror aktıdır və siyasi aksiyadır. Terror həmişə siyasi xarakterli aksiya olub. Və bu mənada sözügedən teraktın ünvanı da açıq-aydın göstərilib. Bu, Türkiyə hərbi sənayesinin ürəyi sayılacaq bir sahəyə yönəlik bir terror aktıdır. Hər kəs başa düşürdü ki, belə bir terror aktı ilə Türkiyənin hərbi sənayesinə zərbə vurmaq və yaxud onu geriyə atmaq qeyri-mümkündür. Yəni bu sadəcə bir mesaj idi”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında bir qrup terrorçunun Ankaradakı "TUSAŞ" hərbi sənaye müəssisəsində törətdiyi terror aktının mümkün səbəbvə məqsədləri haqda ehtimallarını dilə gətirən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib. 
 
 
“Bəs kimlər idi bu teraktda iştirak edən? Türkiyə tərəf “PKK”-nı ittiham edir. Və bilirsiz ki, elə dünən Türkiyə ordusu dayanmadan şimali İraqda və Suriyada həmin qruplaşmaya qarşı əməliyyatlara başladı...
 
Amma bu terror aktının məhz indi törədilməsinin bir neçə səbəbi ola bilər. Çünki bu ərəfədə Türkiyədə bir çox hadisələr oldu. İlk baxışda o qədər də diqqət çəkməyən hadisələr... Onlardan biri əsasən daha çox diqqət çəkdi. Bu, Abdulla Öcalanla bağlı atılması nəzərdə tutulan addımlar haqda deyilənlərdir. Və belə görünürdü ki, Ərdoğan hökuməti hansısa bir şəkildə növbəti dəfə kürd açılımı əldə etmək istəyir. Siyasi mesaj bu məsələ ilə bağlı idi”, -davamında bunları söyləyən analitik bəhs edilən terror aktı ərəfəsində baş vermiş digər hadisələri də xatırladıb:  
 
“İkincisi, elə həmin ərəfədə son 2-3 gündə baş vermiş digər olaylar da diqqət çəkir. Biz bilirik ki, Türkiyənin birbaşa Ərdoğanın ailəsinə bağlı hərbi sənayə şirkəti olan “Bayraktar” şirkəti ilə Ukrayna arasında hərbi əməkdaşlıqla bağlı müqavilə imzalandı. Digər tərəfdən isə, Prezident Rəcəb Tayyib Ərdoğan ikili təyinatlı, yəni həm mülki, həm də hərbi sahələrdə istifadə oluna biləcək malların Rusiyaya ixracıyla, ötürülməsiylə bağlı məhdudiyyətlər təqdim edən bir sərəncam imzaladı. Eyni zamanda həmin gün Ərdoğan Kazanda keçirilən “BRİKS” sammitində iştirak üçün Rusiyaya yola düşmüşdü. Beləliklə, biz bəhs olunan terror aktı ərəfəsində bir neçə hadisənin paralel olaraq cərəyan etdiyinin şahidi oluruq.  Və bu qarışıq situasiyada terrorun sifarişçilərinin kim olduğunu söyləmək olduqca çətindir.  Amma görünən odur ki, bu terakt Türkiyənin öz xarici siyasətində bir dönüş yaratmaq cəhdi ilə də bağlı ola bilər. Xüsusən son zamanlarda bunun belə əlamətləri də sezilirdi ki, Türkiyə artıq Rusiya ilə əvvəlki münasibətlərdə deyil. Və bu da gözlənilən idi. Digər tərəfdən isə onu da bilmək gərəkdir ki, Türkiyənin hərbi sənayesinin inkişafının qarşısını almaqda maraqlı olan yalnız Rusiya deyil, başqa belə dövlətlər də var. Ona görə də Ankaradakı bu son terrror aktının konkret hansı tərəfdən stimullaşdırıldığı, hansı tərəfdən sifariş olunduğu aydın deyil”. 
 
“Hər bir halda Türkiyəyə müəyyən mesajlar verildi. Və təəssüf ki, insanlar həlak oldu. Lakin eyni zamanda, dediyim kimi, əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini bilirlər. Biz bildiyimizdən daha dəqiq bilirlər. Biz ehtimallarmıza söykənib fikir söyləyirik, amma orada, yəqin ki,  daha dəqiq bilirlər. Və istənilən variantda Türkiyə ətrafında ciddi gərginlik olduğu açıq-aydın göründü. Bu, dediyim kimi, Türkiyənin xarici siyasətinə bəzi redaktələr etməsi ilə də bağlı ola bilər,  onun hərbi sənayesinin son vaxtlar önə çıxmasıyla da bağlı ola bilər. Bunun Türkiyənin daxilində sabitlik yaratmaq məqsədi ilə, - hər halda belə deyilir, - növbəti dəfə kürd açılımına getmək istəyi ilə də əlaqəli olması mümkündür. Ona görə də hələlik zərbənin hansı tərəfdən gəldiyini və nəyə yönəldiyini söyləmək çətindir. Amma belə görünür ki, bu, Türkiyə üçün çox çətin bir mərhələnin hələ yalnız başlanğıcıdır. Təəssüf ki...”- deyə ekspert yekunlaşdırıb.
 
 






Fikirlər