İlyas İsmayılov xəstəxanada: “Sonra müzakirə edərik”
Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəziyyəti ağır olaraq qalır. AzerTaym.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə juranlist Heydər Oğuz da paylaşım edib. Söhbətimiz əsnasında mənə partiyaya qayıtmağımı xahiş etdi. Dedim ki, qayıdaram: “Amma bir şərtlə: sizli və sizin sədrlik etdiyiniz partiyada fəaliyyət göstərmək istəyərəm. Mənim partiyaya qayıtmağım sizdən asılıdır. Tezliklə, sağalın, partiyadakı fəallığınızı bərpa edin, mən də sizi izləyim. Əks halda, İlyas İsmayılov kimi bir nəhəngin yanında yetişmiş bir şəxs olaraq başqasının tabeliyində işləyə bilmərəm. Özümün isə partiya rəhbərliyinin heç bir postunda gözüm yoxdur. Odur ki, siz tezliklə sağalmağa çalışın, qalanını sonra müzakirə edərik”, - deyə - Heydər Oğuz xəstəxanadan etdiyi paylaşımında qeyd edib..