Azərbaycan Paşinyan barəsində axtarış elan edə bilər - Alaverdiyan
Azərbaycan məhkəməsi Ermənistan vətəndaşı Nikol Paşinyanı axtarış siyahısına sala bilər və bu istisna deyil. Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan Bakıda erməni əsilli şəxslər üzərində başlanan məhkəmə prosesini şərh edərkən deyib. Onun fikrincə, Azərbaycan məhkəməsi Arayik Arutyunyanın Nikol Paşinyana qarşı səsləndirdiyi etirafdan istifadə edə bilər. "Beynəlxalq hüququn dili ilə desək, məhkəmənin qərarı ilə Ermənistan vətəndaşı Nikol Paşinyanı axtarış siyahısına salına bilər", - o qeyd edib. Alaverdiyan onu da əlavə edib ki, bu, baş verməyəcək, amma Paşinyanı növbəti güzəştlərə getməsi üçün istifadə edilə bilər. O eyni əlavə edib ki, erməni xalqını aldatmaq üçün dəhşətli bir sistem hazırlanıb. "Burada İkinci Dünya müharibəsindən sonra qurulmuş dünya düzənini məhv edib yenisini qurmağa çalışan və dünya hökmranlığından doymaq bilməyən geosiyasi susuzluqlarını yatırmaq üçün çoxəsrlik təcrübəyə malik olan dövlətlərin əlini aydın görmək olar", - o vurğulayıb. Alaverdiyan onu da qeyd edib ki, məhkəmədən həm də Fransa, Rusiya və ABŞ-yə qarşı istifadə oluna bilər.