"BU, ÇOX TƏHLÜKƏLİ BİR OYUNDUR" - "Paşinyan Ermənistanı məhv edəcək"
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni məhv edəcək. “Report” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Qərbə yönəlməsini şərh edərkən deyib. "Onlar indi Avropa İttifaqı ilə oynamağa başlayıblar. Bu, çox təhlükəli bir oyundur. O (Paşinyan - red) Ermənistanı məhv edəcək, onu orada sakitləşdirin", - Belarus lideri bildirib.