Trampın Qrenlandiyanı almaq planı Böyük Britaniyanın razılığı olmadan mümkün deyil – Keçmiş nazir

Danimarkanın Qrenlandiya məsələləri üzrə keçmiş naziri Tom Hoyem bildirib ki, ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı almaq istəyirsə, əvvəlcə Böyük Britaniyanın razılığını almalıdır.

“1917-ci ildə ABŞ, Danimarka və Böyük Britaniya arasında imzalanmış razılaşmaya əsasən, əgər Danimarka Qrenlandiyanı satmağa qərar verərsə, Böyük Britaniyanın onu ilk olaraq almaq hüququ var. Buna görə də, Qrenlandiyanın satışı hüquqi baxımdan mümkün olmaya bilər,” – deyə Hoyem qeyd edib.

Musavat.com xəbər verir ki, bu açıqlama Trampın Qrenlandiyanı almaqla bağlı niyyətlərinin qarşısında yeni hüquqi maneələrin ola biləcəyini göstərir.






Fikirlər