İran ordusu "DÜNYANIN ƏN GÜCLÜLƏRİ"nin ilk ONLUĞUNDA

İran İslam Respublikasının ordusu dünyanın 8-ci böyük ordusudur.

Azərtac İran mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniyada çıxan “Express” qəzetində dərc edilmiş hesabata əsasən əsgər sayına və texniki imkanlarına görə İran dünya orduları sırasında ilk onluğa daxildir.

Ordunun şəxsi heyətinin sayına görə ilk üçlüyə Çin (2.285000), ABŞ (1.431000) və Hindistan (1.325000) daxildir. İran ordusunun şəxsi heyətinin sayı isə 534000-dir. Rusiya ordusu siyahıda bu göstərici üzrə 5-ci (768000), Türkiyə ordusu isə 9-cu yerdədir (510000).






Fikirlər