19.02.2014. - ŞOK! “Azərbaycanda hər an zəlzələ ola bilər"-AMEA-nın İnstitut Direktoru

19.02.2014. -  ŞOK! “Azərbaycanda hər an zəlzələ ola bilər"-AMEA-nın İnstitut Direktoru19.02.2014. -  ŞOK! “Azərbaycanda hər an zəlzələ ola bilər"-AMEA-nın İnstitut Direktoru
Son zamanlar dünyada qlobal iqlim dəyişməsi prosesi gedir. Rusiyada havaların temperaturunun kəskin düşməsi, Amerikada qar və çovğun, İndoneziyada vulkan aktivləşməsi, zəlzələ, eləcə də digər təbii fəlakətlərin aktivləşməsi insanların ən böyük probleminə çevrilib.

Çox təəssüf ki, bu təbii fəlakətlər Azərbaycandan da yan keçmir. Bu yaxınlarda Azərbaycnada baş vermiş güclü zəlzələ insanları daha da təşvişə saldı.
Bəs bu tipli təbii fəlakətlər yenə də Azərbaycan, Bakı üçün təhlükəlidirmi? Dünyada baş verən təbiət hadisələrinin səbəbi nədir və bunun ölkəmiz üçün nə qədər təhlükəsi var?

ANSPRES bu suallara cavab tapmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası
Coğrafiya İnstitutunun direktoru, texnika elmləri doktoru Ramiz Məmmədovla

əlaqə saxlayıb.

AzerTaym.az mövzunun aktuallığını nəzərə alaraq onunla söhbətin mətnini oxucularına təqdim edir.

- Dünyada təbii fəlakətlər baş verir. Şaxta, qar, zəlzələ, torpaq sürüşmələri və s. hadisələr dünyanın ən qorxduğu problemlərdəndir. Son zamanlar bu hadisələr çoxalıb. Bunu nə ilə izah edərdiniz?

- Bu təbiət hadisələri, atmosferdə proseslərin belə intensivləşməsi, yəni temperaturun kəskin artması, düşməsi, ümumiyyətcə təbii fəlakətlərin yaranmasının səbəbi enerji mənbəyinin atmosferlə yer səthinin qarşılıqlı təsiridir. Yerlə atmorfer arasına böyük enerji, istilik mübadiləsi, impuls mübadiləsi olur. Bu mübadilənin də ən intensiv hissələridə okean, dəniz üzərinə düşən hissədə olur. Bu səbəbdəndə okeana yaxın ölkələrdə, ərazilərdə təbii fəlakətlər baş verir. Əslində bu tip hadisələr həmişə olub. Sadəcə olaraq, bu gün mətbuatın aktivliyi və hadisələrin operativ şəkildə yayılması, təbii fəlakətlərin çoxaldığı barədə təəsürat yaradır. Əslində bir ərazidə hansısa təbiət hadisəsi aktivləşəndə, digər ərazidə zəifləyir. Bu da təbiidir.

- Bu fəlakətlərin Azərbaycan üçün qorxusu nə qədərdi?

- Azərbaycan materikin ortasındadır. Bu səbəbdən də Azərbaycanda bu proseslər zəifdir. Ancaq çox böyük dəyişmələr olanda, təbiət hadisələri hiss olunur. Məsələn, keçən ay Rusiya dövləti ərazisində temperatur -30 dərəcə enmişdi. Bu hal ölkəmizdə havaların soyuması ilə nəticələnmişdi. Bizdə də həmin vaxt 10-12 dərəcə şaxta olmuşdu. Şimaldan gələn soyuq siklonlar Azərbaycan ərazisində böyük dəyişiklik etmişdi. Əgər bu sikonlar Böyük Qafqaz dağlarından yüksəkdə olarlarsa, onda bu ölkəmizə təsir edir. Əgər Böyük Qafqazdan kiçik hündürlüklərdə olarsa, onda dağlara dəyir və zəifləyir. Bununla da, ölkəmizdə hava şəraiti dəyişmir.

- Bu yaxınlarda Bakıda və bölgələrdə güclü yeraltı təkanlar oldu. Zəlzələ ilə bağlı nə deyə bilərsiz? Yenə yeraltı təkanlar bizi qorxudacaqmı?

- Azərbaycan dinamik aktiv bölgədə yerləşir. Burada hər an 8 bal gücünə qədər zəlzələnin olması mümkündür. Lakin hələ elm zəlzələnin əvvəlcədən dəqiq proqnozunu vermək baxımından çox zəifdir. Azərbaycan kifayət qədər dinamik aktiv zonada olduğu üçün bu təhlükə həmişə var. Bir sözlə, Azərbaycan qorxulu zonadır. Bunun üçün Bakıda binalar tikiləndə, onların 8-9 bal zəlzələyə dayanıqlı olması tələb olunur.

- Bakıda və Abşeron yarımadasında zəhzələ təhlükəsi böyük faciələrlə nəticələnə bilər?

- Bakı və Abşeron yarımadası ərazisində çökmə qatının qalınlığı 15-30 km arasındadır. Bu səbəbdən güclü yeraltı təkan burada baş verə biləcək fəlakətlərin qarşısını ala bilir. Məsələn 2000-ci ildə Bakıdı zəlzələ, digər ölkədə baş verən zaman böyük bədbəxtçiliyə səbəb olur. Böyük dağıntılar baş verir. Bizdə isə yox. Bunun səbəbi, çökmə təbəqəsinin qalın olmasıdır. Amma ümumilikdə Bakı həmişə zəlzələ təhlükəsi qarşısındadır.

- Dünyada və ölkəmizdə torpaq sürüşməsilə bağlı aktivlik hiss olunur. Bu barədə necə, təhlükə nə səviyyədədir?

- Bu yaxınlarda bizim institutunda araşdırmalar aparılacaq. Torpaq sürüşməsilə bağlı hazırkı vəziyyət və təhlükələr bir daha öyrəniləcək. İndi isə, yalnız onu deyə bilərək ki, torpaq sürüşməsi gedən ən aktiv yerlər Böyük Qafqazın cənub yamacı, İsmayıllı, Şamaxı, Ağsu əraziləridir. Əvvəllər Astara və Lənkəran zonasında sürüşmələr olmurdu. Hətta son zamanlar həmin ərazilərdə də aktivlik müşahidə olur. Bunun da iki səbəbi var. Endogen və ekzogen səbəblər. Yəni daxili, xarici səbəblər. Xarici səbəbləri, məsələn, intensiv yağış yağması, su bolluğu torpaq sürüşməsi prosesini gücləndirir. Antropogen amildə isə insan amili əsas yeri tutur. Yəni ele yerlərdə qazıntı işləri aparırlar ki, birbaşa sürüşməyə təsir edir. Yaxud, sürüşməyə meyilli ərazilərdəki ağaclar kəsilir. Torpağa həddindən artıq su buraxılır və s.

- Həyat üçün ən vacib amillərdən biri də su problemidir. Azərbaycan və Bakının içməli su problemləri ilə qarşılaşmaq təhlükəsi varmı?

- Azərbaycanda şirin su ehtiyatları elədə çox olan ölkə deyil. Dünyada su ehtiyatları az olan 13 ölkə sırasındayıq. Amma bu o demək deyil ki, Azərbaycanın suyu özünə çatmır. Sadəcə sudan rasional istifadə etməliyik. Suyun qızıl kimi qədrini bilməliyik. Mənə elə gəlir ki, sudan qənaətlə istifadə etmək lazımdı. Elə etmək lazımdı ki. su Azərbaycan vətəndaşına çatsın. Bilmək lazımdır ki, su sərvətdir və bu sərvət qədərsiz deyil, məhduddur. Məsələn, ABŞ-da şirin su problemi yoxdur və min il sonra da olmayacaq. Lakin onlar yenə də suya qənaət edirlər. Orda bu məsələyə böyük nəzarət var.






Fikirlər