NATO Estoniyaya HƏRBİ GƏMİLƏR göndərir — Baltik hövzəsində müharibə təhlükəsi

NATO Estoniyaya hərbi gəmilər göndərir — Baltik hövzəsində müharibə təhlükəsi

Baltik hövzəsində hərbi gərginlik hər keçən gün artmaqdadır.

Ölkə.Az xəbər verir ki, NATO-nun planlı surətdə yerləşdiyi regionda Rusiya da geosiyasi rəqibi ABŞ-dan geri qalmaq istəmir.

Hər iki ölkənin Baltik hövzəsinə hakim olmaq istəyi isə ümumilikdə regionu müharibə təhlükəsi qarşısında qoyub.

Baltikdə NATO gəmilərinin təlimi zamanı Rusiya qırıcılarının bu gəmilər üzərində təhlükəli manevr etməsi Moskva ilə Vaşinqtonu üz-üzə gətirmişdi. İndi isə NATO yenidən Estoniyanın paytaxtı Tallinə təlimlərdə iştirak üçün hərbi gəmilər göndərəcəyini bəyan edib.

NATO gəmilərinin 12 may tarixində təntənəli surətdə Tallin limanına daxil olacağı bildirilir. Bunun Rusiya tərəfindən necə qarşılanacağı isə indidən məlumdur.






Fikirlər