DYP meydançasında olay – 3 MAŞIN yandı

alov

Abşeron rayonunda yanğın hadisəsi baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.

 AzerTaym.az  Axar.az-a istinadən  xəbər verir ki, Abşeron rayonunda Bakı Şəhər Dövlət Yol Polisinin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan “Kraysler”, “Mersedes”, “Mitsubişi” markalı minik avtomobilləri naməlum şəraitdə alışaraq yanıb.

Hadisə zamanı “Ford” markalı minik avtomobilinə də qismən zərər dəyib. Meydançadakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.






Fikirlər