Yavər Camalovun qalmaqallı müavini: Yəhya Musayev haqda ilginc dosye

Dövlət rəsmiləri, məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin maraqını cəlb edir.

Onların fəaliyyəti diqqətlə izlənilir, gördükləri işlər mətbuat səhifələrində, insanlar arasında geniş müzakirələrə yol açır. Təbii ki, Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurların hamısı göz önündə olmurlar. Məsələn nazir müavinləri… Əksəriyyət onların adını belə bilmir. Bu yazımızda cumhuriyyet.az olaraq müdafiə sənayesi naziri Yavər Camalovun müavinlərindən biri – Yəhya Musayevdən bəhs edəcəyik. Adı müxtəlif qalmaqallarda hallanan buməmur haqda media üzərindən apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlara keçməzdən öncə onun rəsmi tərcümeyi halına nəzər yetirək:

“Buxalterlik”dən nazir müavinliyinə

Yavər Camalovun qalmaqallı müavini: Yəhya Musayev haqda ilginc dosye – FOTOLARYəhya Musa oğlu Musayev 1959-cu ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1979-1980-ci illərdə fəhlə işləyib. 1980-1982-ci illərdə «Azneftyoltikintitəmir» trestində mühəndis, iqtisadçı olub. 1982-1983-cü illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsinin Tikinti Quraşdırma İdarəsində baş mühasib işləyib. 1983-1985-ci illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsində baş mühasib vəzifəsində çalışıb. O, daha sonra 1985-1994-cü illərdə Ə.C.Əmirov adına Neftqazçıxarma İdarəsində baş mühasib işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib olub. 2003-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyində İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi işləyib.

2004-2006-cı illərdə Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyində baş direktorun müşaviri kimi fəaliyyətini davam etdirib. Prezidentin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib. Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Ailəlidir, bir oğlu var.

Yavər Camalovu MTN-in əlindən qurtaran adam

Yavər Camalovun qalmaqallı müavini: Yəhya Musayev haqda ilginc dosye – FOTOLARY.Musayev bu günlərdə medianın diqqətinə də elə övladlarından biri ilə gəlib. Amma bu haqda bir qədər sonra. Nazir Camalovun müavini ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rast gəldiyimiz maraqlı faktlardan biri onun MTN ilişkiləri ilə bağlıdır. 2008-ci ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Müdafiə Sənayesi Nazirliyinin anbarından külli miqdarda titan oğurlayan şəxslərin yaxalanmasına, nazirliyin “Sənayecihaz” Elm-İstehsalat Birliyinin anbarından 630 kiloqram “Titan S-300” markalı xammalın oğurlanması faktı üzrə oğurluq hadisəsini törətmiş həmin istehsalat birliyinin mühafizə əməkdaşları – Yasin Ələsgərov, Etibar Həsənquliyev, Akif Məsimov və bu xammalın satıldığı Türkiyə Respublikasının vətəndaşı, Bakı şəhərində metal qəbulu məntəqəsində işləyən Bilal Hakkinin də saxlanılmasına diqqət cəkib: “MTN-nin apardığı əməliyyat-axtarış tədbirləri zamanı digər qanunsuz məqamlar da ortaya çıxıb. Amma Y.Camalov o zaman nazir E.Mahmudovla “dil” taparaq, məsələnin böyüməsinin qarşısını alıb. Daha dəqiqi, bu prosesə Müdafiə sənayesi nazirinin birinci müavini Yəhya Müsayev MTN-dəki «dostlar»ı vasitəsiylə müdaxilə edərək, problemi yoluna qoyub. Belə rrdemək mümkündürsə, MTN rəhbərliyi ilə Müdafiə Sənayesi Nazirliyinin ilk «centlmen sazişi» bu tarixə dayanır. Amma deyəsən, MTN ətrafında baş verənlər bu «saziş»in üzərinə də işıq salır və yaxın müddətdə bu ilişgilərin ortaya çıxacağı qaçılmazdır». MTN-lə əsas əlaqələr Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun «qara qutusu» sayılan Yəhya Musayev tərəfindən qurulub. Nazirliyə ayrılan vəsaitlərə alınan avadanlıqların qiymətlərinin süni şəkildə şişirdilməsi, nazirliyin tabeliyində olan zavodların istehsal etdiyi məhsulların satışından əldə olunan vəsaitlərin qaranlıq məqsədlərə sərf edilməsi də iddia olunur: “Həmin vəsaitlər demək olar ki, bütövlükdə zavod direktorları tərəfindən nəğdləşdirilir və nazirin müavini Yəhya Musayevə qaytarılır. Eyni zamanda, nazirliyin tabeliyində olan müəssisələr iri məbləğdə kreditlər götürməyə vadar edilir və kreditlərin taleyi qaranlıq qalır”. Bu iddiaların əsassız olmadığını sübut edən məqamlardan biri də Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslərə məxsus, onların ailə üzvləri tərəfindən idarə edilən böyük biznes şəbəkələrinin mövcudluğu göstərilir. Yəhya Musayevin də Türkiyədə biznes şəbəkəsinin olduğu iddia edilir: “Bu biznesin idarəçisi isə nazir müavinin Ilqar adlı qaynıdır”.

Nazir müavininin maxinasiyaları

Y.Musayevlə bağlı mediada yer alan məlumatlarda o da göstərilir ki, müdafiə sənayesinin inkişafına ayrılan büdcə vəsaitləri mənimsənilir, yeni alınan avadanlıqların qiymətləri şişirdilir. Bu prosesdə isə Yəhya Musayevin “böyük xidməti”nin olduğu bildirilir: “Zavodların hesab açdıqları banklar yoxlanılarsa, həmin nəğdləşmə əməliyyatları görünər. Zavodlar həmin vəsaitləri kobud maliyyə səhvlərinə yol verərək silirlər”. Məlumata görə, müdafiə sənayesinin inkişafını təmin etmək, zavodların büdcəyə və banklara olan borclarını dondurmaq üçün dövlət başcısı tərəfindən verilən sərəncamdan Müdafiə Sənayesi Nazirliyinin bəzi rəhbər şəxsləri sui-istifadə edirlər: “Bu sərəncam demək olar ki, zavodları maliyyə böhranından çıxararaq istehsal müəssisələri qurmaq üçün münbit şərait yaradırdı. Təəssüf ki, nazirliyin rəhbərliyi bu imkandan başqa məqsədlər üçün istifadə etdi. Nazirliyin göstərişi ilə MSN-in tabeliyində olan bütün zavodlar böyük məbləğlərdə kredit götürüblər. Həmin kreditlərin 70-80 faizi nəğdləşdırılərək nazirliyin rəhbərliyinə rüşvət olaraq verilib. Zavodlar alınmış kreditlərin rüşvət hissəsini silmək məqsədilə guya təmir işlərinin aparıldığı haqda saxta sənədlər hazırlayıblar. Həmin sənədlərdə sexlər yerləşən binaların damlarının əsaslı təmir olunduğu da göstərilir. Halbuki yağış yağan kimi, sexlərdə bütün avadanlıqlar su altında qalır. Bu da onu göstərir ki, həmin vəsaitlər təmir-tikinti adı ilə mənimsənilib».pul-korrupsiya

Biznes şəbəkəsini qaynına həvalə edib

Müdafiə Sənayesi Nazirliyi və müavin Y.Musayevlə bağlı media üzərindən apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlarda iddia olunur ki, nazirliyə ayrılan vəsaitlər alınan avadanlıqların qiymətlərinin süni şəkildə şişirdilməsi, nazirliyin tabeliyində olan zavodların istehsal etdiyi məhsulların satışından əldə olunan pulların qaranlıq məqsədlərə sərf edilməsi vasitəsilə həyata keçirilir. Məlumatlara görə, həmin vəsaitlər demək olar ki, bütövlükdə zavod direktorları tərəfindən nəğdləşdirilir və nazirin müavini Yəhya Musayevə qaytarılır. Eyni zamanda nazirliyin tabeçiliyində olan müəssisələr iri məbləğdə kreditlər götürməyə vadar edilir və kreditlərin taleyi qaranlıq qalır. Bu iddiaların əsassız olmadığını sübut edən məqamlardan biri də Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslərə məxsus, onların yaxın ailə üzvləri tərəfindən idarə edilən böyük biznes şəbəkələrinin mövcudluğudur. Məsələn, elə Yəhya Musayevin Türkiyədə biznes şəbəkəsi olduğu iddia edilir. Bu biznesin idarəçisi isə nazir müavinin Ilqar adlı qaynıdır. Nazir müavinin biznesinin tamamilə ölkə xaricində olması haqqında məlumatda bildirilir ki, əsas məqsəd təhlükəsizliklə bağlıdır. Məlum olduğu kimi bu ölkədə heç kimin malı təhlükəsizlikdə olmadığı üçün Yəhya Musayev də bundan sığortalanmayıb. Bunun yeganə yolu biznesin xarici ölkələrdə, xüsusilə də qanunların işlədiyi ölkədə yaradılmasıdır. Görünür, Yəhya Musayev də vəzifə başında çox qala bilməyəcəyini düşünüb, biznesini xaricdə yaradıb.

Başabəla övlad

Yavər Camalovun qalmaqallı müavini: Yəhya Musayev haqda ilginc dosye – FOTOLARNəhayət bu günlərdə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və onun oğlu Elvin Musayevin hansı mənbədən dəyəri 100 min dolları aşan avtomobillərlə yanaşı, ata-balanın biznesi haqda ilginc iddialara toxunulub. Bildirilib ki, nazir müavini Yəhya Musayevin oğlu Elvin Musayevə məxsus bütün avtomobillərin dövlət nömrə nişanlarını “123”-lə bitir, hətta bu siyahıya onun 100 min dollara aldığı telefon nömrəsi də əlavə edilir. Qeyd edək ki, Elvin Musayev “facebook” hesabını da (profil URL) “elvin 123″ kimi qeydiyyata aldırıb. Və burada özünün müxtəlif ölkələrdə çəkilmiş çoxsaylı şəkillərini yerləşdirib: “Məlumatda diqqət çəkən məqamlardan biri də, Musayevlərin nazirlikdən qazandığı pulların bir hissəsi ilə böyük ailə bisnesi qurmaları ilə bağlıdır. Belə ki, Azərbaycanda öz fəaliyyətinə 2011-ci ildə başlamış “RETEMS GROUP” şirkətlər qrupunun da Yəhya Musayevə məxsus olduğu bildirilir. Qeyd edək ki, “RETEMS GROUP” tərkibində bir neçə altbölümü birləşdirərək, qida məhsullarının idxalı və ixracı, tikinti, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, tekstil, logistika və nəqliyyat xidmətləri sahəsində çalışır.

Biznesin müxtəlif istiqamətlərində fəaliyyət göstərən “RETEMS GROUP”un şirkətləri yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. Bu məqsədlə şirkətin xaricdə də çoxlu əməkdaşları işləyir. “RETEMS GROUP”un rəsmi saytındakı məlumatlara əsasən onun illik dövriyyəsinin 100 milyonlarla dollarla ölçüldüyünü söyləmək olar.

Yavər Camalovun qalmaqallı müavini: Yəhya Musayev haqda ilginc dosye – FOTOLARBundan əlavə Yəhya Musayevin Türkiyədə də 100 milyonlarla dəyəri olan böyük biznes qurduğu bildirilir. Bu biznesin idarəçiliyini isə nazir müavininin İlqar adlı qaynı həyata keçirir…”. Qeyd olunanlarla bağlı Müdafiə Sənayesi Nazirliyinin və şəxsən nazir müavini Yahya Musayevi dinləməyə, mövqeyini işıqlandırmağa hazırıq. (Savahs.org)

 






Fikirlər