Kərimov əfsanə olur, yeni prezident rəqibini... – GÖZLƏNİLMƏZ SSENARİ

Kərimov əfsanə olur, yeni prezident rəqibini... – GÖZLƏNİLMƏZ SSENARİ

İslam Kərimovun sağlığında Özbəkistanda nadir yerlərdə onun portreti ilə qarşılaşmaq olardı. Asiyanın digər ölkələrindən fərqli olaraq, ona ümumiyyətlə abidə qoyulmamışdı. Lakin ölümündən sonra ölkədə Kərimovun əfsanələşdirilməsinə start verilib.

Publika.az xəbər verir ki, “russian.eurasianet.org” saytı Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun bəyanatının rəsmi Daşkəndi ayıltdığını yazıb.
Özbəkistan hökumətini ayıldan bəyanat
Türkmənbaşı Kərimovun dəfn mərasimində çıxışı zaman bəyan etdi ki, Türkmənistanda bəzi küçələrə və yerlərə özbək liderin adı veriləcək.
Bununla yanaşı, Moskva şəhər dumasının mədəniyyət və kütləvi kommunikasiya üzrə komissiyasının sədri Yevgeni Qerasimov da Özbəkistan səfirliyinin önündə Kərimovun abidəsinin qurula biləcəyini açıqlayıb.
Bundan sonra Özbəkistan hökuməti Kərimovun xatirəsinin ədəbiləşdirilməsi qərarına gəlib.
Prezident səlahiyyətlərini icra edən Şövkət Mirziyoyev Anqren şəhərinə səfəri zamanı Kərimovun böyük xidmətlərindən xüsusi olaraq danışdı.
“Onun uzaqgörən siyasəti nəticəsində biz geridə qalmış Özbəkistanı müasir sənaye dövlətinə çevirdik. Bu gün iqtisadiyyatda sənayenin payı 34 faizdir, illik ixrac olunan məhsulların isə 70 faizdən çoxu bu sektorundur”, - deyə o bildirib.
Ən çox qızlarla foto çəkdirən prezident
Bu gün Kərimovun uşaqlarla çəkdirdiyi fotolardan ibarət plankartlar məktəb divarlarını bəzəyir.
Kərimov da Mərkəzi Asiya ölkələrinə xas olaraq, uşaqlarla çoxlu fotolar çəkdirməyi sevirdi. Çox maraqlıdır ki, o, ən çox qızlarla foto çəkdirməyə üstünlük verirdi.
Mirziyoyevin rəqibinə baş nazir postu
Lakin bütün bunlara baxmayaraq, Kərimovun kadrlarının təmizlənməsi davam edir.
Məlumata görə, Ş. Mirziyoyev bir sıra məmuru işdən qovub, bir neçəsini isə həbs etdirib.
Ən çox təəccüblü hal isə isə Ş.Mirziyoyevin əsas rəqibi olan Rüstəm Əzimova toxunmamasıdır. Gözlənilənlərin əksinə baş nazirin birinci müavini, maliyyə naziri olan Əzimovun səlahiyyətləri artırılıb. Ehtimallara görə, R. Əzimov 4 dekabr prezident seçkilərindən sonra Özbəkistanın baş naziri olacaq.

Ümumilikdə kadr islahatlarına diqqət çəkən bir sıra məqamlar var.

Misal üçün, 55 yaşlı Abdulla Aripova baş nazirin birinci müavini vəzifəsinə qaytarılıb. O, 2002-2012-ci illərdə bu vəzifəni tutub, sonradan korrupsiya qalmaqalına görə postundan uzaqqlaşdırılıb.
“Uzbekenerqo” dövlət şirkətinin rəhbəri İskəndər Basidov isə vəzifəsindən uzaqlaşdırılıb. O, “səhhətində olan problemlərə görə” postunu tərk etdiyini açıqlayıb.
Lakin “Azadlıq” radiosunun özbək xidməti Basidovun işçilərin əmək haqlarını vermədiyi üçün işdən qovulduğu haqda məlumat yayıb.






Fikirlər